12px13px15px17px
Tarix:30/08/12

“Galaxy Note” smartfonunun yeni modeli təqdim edilib

“Samsung” şirkəti avqustun 29-da Berlində keçirilən “IFA” sərgisi çərçivəsində “Galaxy Note II” smartfonunu təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni “Galaxy Note” əvvəlki modellə müqayisədə daha nazikdir, akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir. Smartfonda 5.5 düym diaqonallı və 1280x720 piksel təsvir ölçüsünə malik “Super HD AMOLED” ekranı istifadə olunur. Aparat “3G” və “LTE” şəbəkələrinə qoşula bilər.

Smartfon “S Pen” stilusu ilə tədarük olunur, lakin əvvəlki modellərlə müqayisədə qələmin imkanları daha genişdir. İstifadəçi stilusun ucunu ekrana toxundurmadan bəzi hərəkətləri yerinə yetirə bilər.
İstifadəçi “Galaxy Note II” smartfonunda eyni anda bir neçə proses yerinə yetirə bilər: məsələn, brauzerdə saytları aça,  videoya baxmaq və ya telefonla danışa bilər.

Qurğu 1.6 QHs takt tezliyində işləyən dördnüvəli prosessorla təchiz olunub. Əməli yaddaş tutumu 2 QB təşkil edir. “Galaxy Note II” smartfonuna “Android 4.1” əməliyyat sistemi quraşdırılıb.
Qurğu 2012-ci ilin oktyabrında satışa çıxarılacaq. “Galaxy Note II” smartfonunu 128 ölkədə almaq mümkün olacaq.
 
EMİL




Baxış sayı: 1349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024