12px13px15px17px
Tarix:31/08/12

“Panasonic” şirkəti rekord təsvir ölçüsünə malik 145 düymlü televizor yaradıb

Yaponiyanın “Panasonic” şirkəti Almaniyada keçirilən “IFA 2012” sərgisində 7680×4320 təsvir ölçüsünə (30 milyon piksel deməkdir) malik 145 düymlü plazma televizor təqdim edib. Bu format, həmçinin “8K” adlanır.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ekran “Panasonic” şirkəti ilə Yaponiyanın ən böyük “NHK” televiziya şirkəti tərəfindən birgə hazırlanıb.

"Bizim fikrimizcə, “8K” formatı “3D” formatı ilə müqayisədə daha əhəmiyyətlidir, çünki “3D” formatı hazırkı versiyasında məhdud baxış diapazonuna malikdir" – “Ovum” firmasının analitiki Conatan Doran yazıb.

“Gizmag”-dan bloqqerlər nəhəng televizorda təsvirin keyfiyyətinin əla olduğunu bildiriblər. Onlar həm də qeyd ediblər ki, aparat çox parlaq və təbii rəngləri əks etdirir.

Belə televizorların yayılmasında əsas maneə rekord təsvir ölçüsünə malik bu cür ekranlar üçün məzmunun defisit olmasıdır.
 

 

EMİL




Baxış sayı: 1411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024