12px13px15px17px
Tarix:04/09/12

"Anna Frankın gündəliyi" mobil tətbiq kimi istifadəyə veriləcək

“Viking Press” nəşriyyatı “TradeMobile” şirkəti ilə birgə Anna Franka həsr edilmiş mobil tətbiq istifadəyə verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil tətbiqə Anna Frankın gündəliyindən britaniyalı aktrisa Helen Bonem Karter tərəfindən səsləndirilmiş fraqmentlər daxil ediləcək. Bundan əlavə, ona foto və videoyazılar, Anna Frank Fondunun arxivindəki sənədlər, Amsterdamda yerləşən binanın planı daxil ediləcək. Anna ailəsi ilə birgə nasistlərdən bu binada gizlənib.

“Anne Frank App” adlı mobil tətbiq oktyabrın 18-də istifadəyə veriləcək. Proqramın interfeysi ingilis dilində olacaq. “Anne Frank App” tətbiqinin hansı platformalarda əlçatan olacağı hələ ki  dəqiqləşdirilmir.

Anna Frank 1929-cu ildə Almaniyada doğulub. Ölkədə yəhudilərə qarşı təqiblər başlandıqda Anna ailəsi ilə birlikdə Hollandiyaya getdi. 1942-ci ildə Frank ailəsinin üzvləri və bir neçə insan nasistlərdən Amsterdamda yerləşən evdəki gizli otaqlarda gizləndilər. Lakin 1944-cü ildə gestapoçular xəbərçilik nəticəsində onları aşkar etdilər. Onlar həbs düşərgələrinə sürgün edildilər. Yalnız Otto Frank sağ qaldı.

Anna Amsterdamda yerləşən binada gizlənərkən öz və yaxınlarının həyatını gündəliyə yazırdı. Həbs edildikdən sonra gündəliyi Frank ailəsinin yaxını saxlamış və sonralar onu Annanın atasına verib. Gündəlik ilk dəfə 1947-ci ildə dərc edilib. O, hazırda dünyanın 60-dan çox dilinə tərcümə edilib.
 
EMİL




Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Oktyabr 2018

19/10/18
“Vertu” yeni smartfonunu təqdim edib

Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu 

19/10/18
Daşınan süni böyrəyin yaradılması üçün addım atılıb

Beynəlxalq tədqiqatçılar qrupu daşınan süni böyrəyin yaradılmasını sürətləndirəcək 

19/10/18
2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq

18 10 2018

18/10/18
Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Yaponiyanın “Kyocera” yüksəktexnologiyalı şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L

18/10/18
“Azərpoçt” MMC bank nominasiyasının qalibi olub

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Mastercard” debet layihəsini uğurla tamamlayan bank 

18/10/18
ABŞ Kosmik Agentliyi Veneraya missiya göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) Venera planetinə missiyanın göndərilməsi üçün “High Altitude 

18/10/18
Yeni çiplər internetin sürətini rekord səviyyəyə çatdıracaq

“Qualcomm” şirkəti internetin sürətini saniyədə 10 Qbit olmaqla rekord həddə çatdırmağa imkan 

18/10/18
Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri 

18/10/18
Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək

“Mindstrong” tibb startapı “iOS” əməliyyat sistemi üçün yenilənmiş “Health” əlavəsini təqdim 

18/10/18
“microSD” yaddaş kartına alternativ təqdim edilib

Bir gün əvvəl nümayiş etdirilmiş “Mate 20” istehsal xəttinə aid yeni smartfonlar “Huawei” şirkətinin 

18/10/18
Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib

18/10/18
Yeni “Chrome 70” brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib

“Google” şirkəti tərəfindən təqdim edilmiş “Chrome 70” brauzerinin yeni versiyasında yeniliklərin əsas