12px13px15px17px
Tarix:07/09/12

“Amazon” şirkəti “Kindle” qurğularının yeni nəslini təqdim edib

"Amazon" şirkəti "Kindle" ailəsinə mənsub rider və planşetlərin yeni nəslini təqdim edib."ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Amazon" şirkəti "Kindle Touch" riderinin yeni versiyasını təqdim edib. O, artıq "Kindle Paperwhite" adlanır.

Yeni versiyadakı işıqlandırma sistemi sayəsində qurğunu qaranlıqda və zəif işıqlanma dərəcəsi olan şəraitdə istifadə etmək daha rahat olub. Bundan əlavə, "Paperwhite" riderinin ekranı hazırda 1024x768 piksel təsvir ölçüsünə malikdir və "E Ink"-in yeni texnologiyası əsasında hazırlanıb.
ABŞ-da bu qurğular oktyabrın 1-də 119 dollara və "3G" ilə olan versiya isə 179 dollar qiymətinə əlçatan olacaq.
 
"Amazon" şirkətinin yeni internet-planşeti, həmçinin 7 düymlü ekrana malikdir, lakin yeni versiyada "RAM"-ın həcmi iki dəfə artırılıb və ümumi məhsuldarlıq yeni prosessorun sayəsində 40 faiz artıb. Həmçinin avtonom iş vaxtı artıb. "Amazon" şirkəti, həmçinin   1920x1200 piksel təsvir ölçüsünə malik 8,9 düymlü planşetini də təqdim edib.
 
8,9 düymlü "Kindle Fire HD" planşetinin qalınlığı 8,8 millimetr təşkil edir və sələfindən təxminən 25 faiz daha parlaq ekrana malikdir. O, "ARM Cortex A9 OMAP4470" ikinüvəli prosessoru və "Dolby Digital" spikerləri ilə təchiz olunub. Həmçinin ikidiapazonlu "Wi-Fi" çipi, siqnalın yaxşı qəbul olunması üçün iki daxili antena mövcuddur. "Amazon" şirkəti iddia edir ki, "Fire HD" planşeti  "Google Nexus 7"-dən 54 faiz və "iPad 3"-dən isə 41 faiz sürətlidir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hər iki yeni "Fire" modelləri ön kameraya, həmçinin "HDMI" və "Bluetooth" porta malikdir.
 
Planşetlərin yeni versiyaları ABŞ-da noyabrın 20-dən etibarən satılmağa başlayacaq. 7 düymlü "Fire" planşetinin qiyməti 159 dollar təşkil edəcək. "Wi-Fi" dəstəyinə malik yeni "Fire HD" planşetinin qiyməti 299 dollar təşkil edəcək.



 
EMİL




Baxış sayı: 1736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024