12px13px15px17px
Tarix:07/09/12

“DARPA” döyüş mürəkkəb böcəyi yaradır (VİDEO)

"DARPA" müdafiə elmi agentliyinin mütəxəssislərinin yaratdığı kiçik "robot-mürəkkəb böcəyi" yerin üstü ilə sürünə və ərazinin rənginə uyğun maskalana bilər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Pentaqon çoxdan bəri kiçik ölçülü gözə çarpmayan yerüstü robotlar yaratmaq istəyir. Onları çətinliklə gedilə bilən yerlərdə müşahidə və kəşfiyyat məqsədilə istifadə etməyi planlaşdırır. Silikondan hazırlanmış robotun yeni nümunəsi bir sıra xüsusi keyfiyyətlərə malikdir: o möhkəmdir, səssiz sürünə bilər və ən əsası əraziyə uyğun rəngini dəyişə bilər.

Elastik silikon materialı robotun qurğularını örtür və maşını əlverişsiz hava şəraiti və mexaniki zədələrdən müdafiə edir. Bundan əlavə, robot çox sakit sürünür və daş, ot, qum və bataqlıq ərazi üzrə hərəkət edə bilər.
 



 
EMİL




Baxış sayı: 1341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024