RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin və qeyd olunan proqramların icraçıları olan dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Toplantını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mayın 23-də imzalanmış Fərmanın ölkəmizdə elektron hökumət formalaşdırılması üzrə aparılan işlərə ciddi təkan verdiyini, dövlət orqanları ilə təmaslarda vətəndaşların müasir informasiya texnologiyalarından istifadə edərək elektron xidmətlərdən yararlanmaları üçün ciddi tapşırıqların nəzərdə tutulduğunu qeyd etdi.
Nazir müavini 2010-cu ildə qəbul edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramının və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının davam etdirildiyini bildirdi. Həmçinin dövlət orqanlarında lisenziyalaşdırılmış kompyuter proqramlarının tətbiqi məsələlərinə hökumət tərəfindən diqqət yetirildiyini qeyd etdi və bunun dövlət orqanlarında informasiya təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacağını söylədi.
Daha sonra Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Elektron Azərbaycan” Dövlət Proqramının və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının cari vəziyyəti barədə iştirakçıları məlumatlandırdı. Bu işlərin hazırda “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasına şərait yaratdığını bildirdi. Fərmana uyğun olaraq dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili və onların “bir pəncərə” prinsipi əsasında “Elektron hökumət” portalında cəmləşdirilməsi üçün görüləcək işlərlə bağlı təqdimatla çıxış etdi.
Daha sonra dövlət qurumlarının nümayəndələri gündəlikdəki məsələlər üzrə, xüsusən də yenicə qəbul olunmuş Fərmanın icrasının təmin edilməsi ilə bağlı fəal müzakirələr apardılar. Çıxışlarda ölkə başçısının qəbul etdiyi Fərmanın əhəmiyyəti və vacibliyi xüsusi vurğulandı və onun icrası ilə bağlı məsələlərlə bağlı təkliflər səsləndirildi və ətraflı fikir mübadiləsi aparıldı. Dövlət orqanları proqramların və Fərmanın müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi üçün əməli fəaliyyəti təşkil etmək əzmində olduqlarını nümayiş etdirdilər. Fərmanın ölkənin bütün dövlət orqanları, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən həyata keçirilməsi üçün RİTN əlaqəli fəaliyyəti təşkil edəcəkdir.
İclasın sonunda “E-Azərbaycan” Dövlət Proqramı və “E-Hökumət” Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi və Fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı təkliflərin hazırlanıb RİTN-ə və onların ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilməsi, dövlət qurumlarında lisenziyalı proqram təminatının tətbiqi, təkliflərin hazırlanması ilə bağlı qərarlar qəbul edildi.
Baxış sayı: 8085
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı