Tarix:03/06/11
Radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, online rejimində bütün respublikanı əhatə edəcək. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından da çox əhəmiyyətlidir.
Milli radiomonitorinq şəbəkəsi yaradılır
Azərbaycanda ilk dəfə olaraq Respublika üzrə Milli Radiomonitorinq Şəbəkəsi yaradılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu barədə İCTNews-ə məlumat verən RİTN Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədov bildirib ki, Mehdiabad, Günəşli və Sahil qəsəbələrində tikilmiş binalarda avadanlıqlar qurulduqdan sonra layihə üzrə işlərə başlamaq mümkün olacaq. Gəncədə də uyğun binanın tikintisi həyata keçiriləcək. İdarə rəisi bildirib ki, hazırda radiomonitorinq sistemi bütün radioelektron vasitələrin qeydiyyatını, bu avadanlıqlardan qeydiyyatsız istifadənin qarşısının alınmasını, tezliklərin düzgün, səmərəli istifadəsini, efirə nəzarəti, onun kənar maneələrdən qorunmasını nəzərdə tutur.Radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, online rejimində bütün respublikanı əhatə edəcək. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından da çox əhəmiyyətlidir.
Baxış sayı: 5630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı