12px13px15px17px
Tarix:03/06/11

Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı

Dünən İstanbulda öz işinə başlamış Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurum rəhbəblərinin iştirakı ilə altıncı Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı bu dəqiqələrdə öz işini başa çatdırıb.
Konfransda iştirak edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov İCTNews-a bildirib ki, “Rəqəmsal sahələrə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusunda öz işinə başlayan konfransda “Azərbaycanda optik xətlər üzərindən genişzolaqlı xidmətlərin təşkilinin vəziyyəti” və “NGN şəbəkələrinin inkişafı və perspektivləri” mövzularında geniş təqdimatla çıxış etmiş, çosaylı sualları cavablandırıb.
Tədbirdə Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrlə yanaşı Avropanın bir çox aparıcı ölkələrindən nümayəndələrin iştirak etdiyini bildirən nazir müavini buna görə də gələn ildən konfransın Beynəlxalq Tənzimləyici qurumların toplantısı kimi çağrılmasının nəzərdə tutulduğunu deyib.
Azərbaycan nümayəndə heyəti ilə Türkiyə Telekommunikasiya Qurumunun rəhbəri Tayfun Acarerlə və Türkiyə şirkətlərinin birgə görüşü keçirilib. Xatırladaq ki, konfrans Türkiyə Respublikasının Telekommunikasiya Qurumu tərəfindən təşkil olunub.





Baxış sayı: 6101

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Dekabr 2024 13:30:06

29 12 2024