12px13px15px17px
Tarix:24/09/12

“Panasonic” smartfon və planşetlərdə quraşdırılmış kameraların keyfiyyətini yaxşılaşdıracaq

“Panasonic” şirkəti mobil qurğulara quraşdırılmış kameralarda istifadə üçün nəzərdə tutulmuş yeni nəsil “SmartFSI” foto datçiki  hazırlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 1/3,06 düymlü matris 13 milyon piksel təsvir ölçüsünə malikdir. O, yüksək işığa həssaslığı ilə xarakterizə olunur.

“Panasonic” şirkəti iddia edir ki, “SmartFSI” foto datçiki yaxşı rəngverilişini təmin edir və zəif işıqlanma şəraitində belə keyfiyyətli fotolar çəkməyə imkan verir.

Datçikin smartfon və planşet kompyuterlərində tətbiq ediləcəyi gözlənilir. “SmartFSI” əsasında hazırlanan kamera modulları indikilərlə müqayisədə daha nazik olacaq. Nəticədə portativ qurğuların qalınlığını azaltmaq mümkün olacaq.“SmartFSI” foto datçikinin kütləvi istehsalına 2012-ci ilin dekabrında başlanılacaq.


 
EMİL




Baxış sayı: 1265

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024