Tarix:25/09/12
"Hitachi" şirkətindən verilən məlumata əsasən, məlumatlar lazer nöqtələri vasitəsilə ikilik formatda yazılır. Mühəndislər bildiriblər ki, şüşəyə heç bir problem olmadan əlavə qat əlavə edərək informasiya yazısının sıxlığını artırmaq olar.
"Hər gün yaradılan məlumatların tutumu daim artır və hazırda informasiyanı ən az bir-iki nəsil üçün saxlaya biləcək həll yoxdur. Son zamanlar məlumatların uzunmüddətli saxlanılması problemi yaranıb. Müasir "CD"-lər və lent sistemləri məlumatları ən yaxşı halda bir neçə onillik üçün saxlaya bilər və əksər hallarda onlar məlumatları 10 ildən artıq saxlaya bilmirlər" – "Hitachi" şirkətinin mühəndisi Kasioşi Tori bildirib.
Onun sözlərinə görə, yeni sistem kvars şüşəni 2 saat ərzində 1000 dərəcəyə qədər nazik lazerlə qızdırdıqdan sonra bu daşıyıcı üçün nə radiasiya, nə su, nə də kimyəvi preparatların əksəriyyəti problem deyil. Yazılmış məlumatları isə hətta 100 milyon ildən sonra belə oxumaq olar.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "kvars şüşə məlumatları siz onu fiziki olaraq məhv etməyənə kimi saxlayacaq" – Tori bildirib.
EMİL
Məlumatları 100 milyon il saxlamaq mümkün oldu
"Hitachi" şirkətinin tədqiqat bölməsi məlumatların saxlanılması üçün yeni həll təqdim edib: sahəsi 2 kvadrat santimetr və qalınlığı 2 millimetr olan kvadrat şüşə. O, 40 meqabayt informasiyaya qədər saxlaya bilər. Yenilik məlumatın 1 kvadrat düymdə sıxlığı baxımından, demək olar ki, "CD" ilə uyğundur."Hitachi" şirkətindən verilən məlumata əsasən, məlumatlar lazer nöqtələri vasitəsilə ikilik formatda yazılır. Mühəndislər bildiriblər ki, şüşəyə heç bir problem olmadan əlavə qat əlavə edərək informasiya yazısının sıxlığını artırmaq olar.
"Hər gün yaradılan məlumatların tutumu daim artır və hazırda informasiyanı ən az bir-iki nəsil üçün saxlaya biləcək həll yoxdur. Son zamanlar məlumatların uzunmüddətli saxlanılması problemi yaranıb. Müasir "CD"-lər və lent sistemləri məlumatları ən yaxşı halda bir neçə onillik üçün saxlaya bilər və əksər hallarda onlar məlumatları 10 ildən artıq saxlaya bilmirlər" – "Hitachi" şirkətinin mühəndisi Kasioşi Tori bildirib.
Onun sözlərinə görə, yeni sistem kvars şüşəni 2 saat ərzində 1000 dərəcəyə qədər nazik lazerlə qızdırdıqdan sonra bu daşıyıcı üçün nə radiasiya, nə su, nə də kimyəvi preparatların əksəriyyəti problem deyil. Yazılmış məlumatları isə hətta 100 milyon ildən sonra belə oxumaq olar.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "kvars şüşə məlumatları siz onu fiziki olaraq məhv etməyənə kimi saxlayacaq" – Tori bildirib.
EMİL
Baxış sayı: 2021
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib