12px13px15px17px
Tarix:02/10/12

Britaniyalı alimlər arı beyninin elektron versiyasını yaradacaqlar

Şeffild və Susseks universitetlərində çalışan alimlər arı beyninin dəqiq kompüter modelinin yaradılması üzrə “Green Brain” adlı layihəyə start veriblər; onlar süni intellekt sahəsindəki inkişafı zənginləşdirmək, həmçinin heyvan düşüncəsinin prinsiplərini anlamaq istəyirlər. Tədqiqatçılar arının görmə və iybilmə qabiliyyəti sistemlərinin modelini hazırlayacaqlar.

Bundan sonra həşəratın davranışı eynilə təqlid edən uçan robot yaradacaqlar. Robot bu və ya digər qoxuların mənbəyini arının gülləri aşkar etdiyi kimi tapa biləcək. Belə robotları axtarış-xilasetmə əməliyyatlarında, hətta əkinlərin "mexaniki" tozlanmasında istifadə etmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “Nvidia” şirkəti layihə üçün lazımi avadanlığı təmənnasız təşkil edib.

Layihənin daha bir məqsədi arıların xüsusiyyətlərini daha yaxşı araşdırmaqdır. Onların fəaliyyəti bir çox ekosistemlər üçün həyati əhəmiyyətlidir, lakin son illərdə arıların sayı azalmağa başlayıb və bu, alimlərin narahatçılığına səbəb olub.
 
EMİL




Baxış sayı: 3507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024