Tarix:04/10/12
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Li-Fi” texnologiyası informasiyanın işıq vasitəsilə mübadiləsini nəzərdə tutur. Bunun üçün işıq diodu lampalarının (LED) işıqlanma intensivliyini yüksək tezliklə dəyişdirmək təklif edilir. Bu üsulla kodlaşdırılmış verilənlər paketinin qeydə alınması üçün xüsusi fotodetektor tətbiq edilir.
2011-ci ildə cənab Haas yüksək keyfiyyətli videonun stolüstü işıq diodu lampası vasitəsilə simsiz rabitə üzrə translyasiyasını nümayiş etdirib. O, nümayiş zamanı işıq axınının qarşısını ovucu ilə kəsib və translyasiya ani olaraq dayanıb.
Ötən il keçirilən nümayiş zamanı “Li-Fi”-in keçirtmə qabiliyyəti 10 Mbit/s təşkil etmişdi. Hazırda alimlər 130 Mbit/s nəticə əldə etməyə nail olublar.
Tədqiqatçılar bu sistemin bahalı komponent və ya hər hansı antena tələb etmədiyini bildiriblər. Lakin “Li-Fi” texnologiyası mühüm məhdudiyyətə malikdir: işıq mənbəyi və qəbuledici arasında birbaşa görünüş olmalıdır.
EMİL
“Li-Fi”: verilənlərin işıq vasitəsilə simsiz ötürülməsi
Tezliklə “Wi-Fi” simsiz rabitəsinin alternativi meydana çıxa bilər. Belə ki, Edinburq Universitetində (Böyük Britaniya) çalışan mütəxəssislər professor Harald Haasın (Harald Haas) rəhbərliyi altında “Li-Fi” texnologiyasını hazırlayırlar.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Li-Fi” texnologiyası informasiyanın işıq vasitəsilə mübadiləsini nəzərdə tutur. Bunun üçün işıq diodu lampalarının (LED) işıqlanma intensivliyini yüksək tezliklə dəyişdirmək təklif edilir. Bu üsulla kodlaşdırılmış verilənlər paketinin qeydə alınması üçün xüsusi fotodetektor tətbiq edilir.
2011-ci ildə cənab Haas yüksək keyfiyyətli videonun stolüstü işıq diodu lampası vasitəsilə simsiz rabitə üzrə translyasiyasını nümayiş etdirib. O, nümayiş zamanı işıq axınının qarşısını ovucu ilə kəsib və translyasiya ani olaraq dayanıb.
Ötən il keçirilən nümayiş zamanı “Li-Fi”-in keçirtmə qabiliyyəti 10 Mbit/s təşkil etmişdi. Hazırda alimlər 130 Mbit/s nəticə əldə etməyə nail olublar.
Tədqiqatçılar bu sistemin bahalı komponent və ya hər hansı antena tələb etmədiyini bildiriblər. Lakin “Li-Fi” texnologiyası mühüm məhdudiyyətə malikdir: işıq mənbəyi və qəbuledici arasında birbaşa görünüş olmalıdır.
EMİL
Baxış sayı: 1375
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib