12px13px15px17px
Tarix:06/10/12

Avstraliyada dünyanın ən güclü radioteleskopu fəaliyyətə başlayıb

Avstraliyada dünyanın ən sürətli teleskoplarından biri yaradılıb. Onun vəzifəsi kosmik məkanda müşahidə aparmaqdan başqa, ulduz və qalaktikaların yaranmasını araşdırmaqdır. Ölkənin qərb hissəsində yerləşən "Askap" teleskopu 36 antena ilə təchiz edilib. Onların diametri 12 metrə bərabərdir. Teleskopun tikintisi 155 milyon dollara başa gəlib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru" saytına istinadən bildirir ki, "Askap" radioteleskoplar üzrə dünyanın ən böyük layihəsinin bir hissəsidir.

Avstraliyalı ekspert Con O'Sallivan iddia edir ki, teleskopun kiçik ölçüsünə baxmayaraq, o, qalaktikaların yaranma tarixini araşdırmaq üçün çox güclü alətdir". "Bu, yeni eranın başlanğıcıdır" - o əlavə edib. Qurğu kosmik obyektləri mövcud teleskoplardan daha sürətli müşahidə edəcək. Onun yaşayış məntəqələrindən uzaqda yerləşməsi radiomaneələrin qarşısını almağa imkan yaradacaq.

Alimlər teleskopun böyük tutumda informasiya toplayacağını iddia edirlər. Layihələrdən birində qara deşiyin axtarışının həyata keçiriləcəyi iddia edilir.Qeyd edək ki, "Askap" "SKA" layihəsinin bir hissəsidir. Onun tikintisi 2016-cı ildə başlanacaq.
 
EMİL




Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024