Tarix:09/10/12
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proyektorun parlaqlığı “ANSI” şkalası üzrə 40 lümen təşkil edir. Proyektor planşetin yaddaşındakı foto, film və digər məzmunu divarda əks etdirməyə imkan verir.
Proyeksiyanın ölçüsü 50 düymə, təsvir ölçüsü 854x480 nöqtəyə bərabərdir. Planşeti təsvirin proyeksiya edildiyi səthdən təxminən 1,8 metr məsafə uzaqlıqda yerləşdirmək lazımdır.
“SmartQ-U7” planşeti “Android 4.1” platforması ilə işləyir. Aparat 7 düymlü ekran, ikinüvəli prosessor və 1 qiqabaytlıq əməli yaddaşa malikdir. Qurğuda “HDMI” konnektoru, yaddaş kartları üçün slot və qulaqcıqlar üçün konnektor ilə təchiz edilib.
Aparat hələlik satışa çıxarılmayıb, lakin onun qiyməti artıq məlumdur. “SmartQ-U7” planşetinin 8 QB daxili yaddaşa malik versiyasının qiyməti 315 ABŞ dolları, 16 QB daxili yaddaşa malik versiyasının qiyməti isə 400 ABŞ dolları təşkil edir.
EMİL
Daxili proyektora malik planşet təqdim edilib
Çinin “Smart Devices” şirkəti “SmartQ-U7” planşetini təqdim edib. Qurğunun əsas xüsusiyyəti daxili piko-proyektordur.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proyektorun parlaqlığı “ANSI” şkalası üzrə 40 lümen təşkil edir. Proyektor planşetin yaddaşındakı foto, film və digər məzmunu divarda əks etdirməyə imkan verir.
Proyeksiyanın ölçüsü 50 düymə, təsvir ölçüsü 854x480 nöqtəyə bərabərdir. Planşeti təsvirin proyeksiya edildiyi səthdən təxminən 1,8 metr məsafə uzaqlıqda yerləşdirmək lazımdır.
“SmartQ-U7” planşeti “Android 4.1” platforması ilə işləyir. Aparat 7 düymlü ekran, ikinüvəli prosessor və 1 qiqabaytlıq əməli yaddaşa malikdir. Qurğuda “HDMI” konnektoru, yaddaş kartları üçün slot və qulaqcıqlar üçün konnektor ilə təchiz edilib.
Aparat hələlik satışa çıxarılmayıb, lakin onun qiyməti artıq məlumdur. “SmartQ-U7” planşetinin 8 QB daxili yaddaşa malik versiyasının qiyməti 315 ABŞ dolları, 16 QB daxili yaddaşa malik versiyasının qiyməti isə 400 ABŞ dolları təşkil edir.
EMİL
Baxış sayı: 1455
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib