12px13px15px17px
Tarix:10/10/12

Qolbaq sayəsində əlin barmaqları oyun kontrollerinə çevriləcək (VİDEO)

"Microsoft Research" tədqiqat laboratoriyasında çalışan əməkdaşların təqdim etdiyi qurğu nümunəsi kompüteri əlin barmaqlarının hərəkətilə idarə etməyə imkan verir. Bu barədə  laboratoriyanın bloqunda məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Digits" adlandırılan qurğu qolbağa bənzəyir və istifadəçi onu biləyinə taxa bilər. "Digits" infraqırmızı şüalar vasitəsilə barmaqların hərəkətlərini izləyir və əlin həcmli modelini yaradır. Model "əsl" əl vasitəsilə edilən bütün jestləri real vaxt rejimində təkrarlayır.

Qolbaq taxılmış əl oyun kontrolleri rolunda çıxış edə bilər. Qurğu, həmçinin mobil telefonu ona toxunmadan idarə etməyə imkan verir. Əgər aparat cibdədirsə, istifadəçi jestlərlə musiqinin gurluğunu, radiostansiyaları dəyişdirə bilər.

"Digits" adlandırılmış qurğunun hazırlanmasında "Microsoft Research" tədqiqat laboratoriyasından başqa, Nyukasl Universiteti və Yunanıstanın "Tədqiqat və Texnologiya Fondu" iştirak edib.



EMİL




Baxış sayı: 1448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024