12px13px15px17px
Tarix:17/10/12

Beynəlxalq tədbirdə Azərbaycanın təşəbbüsü yüksək qiymətləndirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “ITU WORLD TELECOM 2012” beynəlxalq sərgi və konfransı keçirilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Həmadan Ture və Burkino-Faso Respublikasının Prezidenti Bleis Kompeao başda olmaqla ali qonaqlar Azərbaycan pavilyonuna gəlmiş, ölkəmizdə həyata keçirilən layihələrlə yaxından tanış olmuş, Azərbaycan stendini və burada nümayiş etdirilən İKT məhsul və həllərini, eyni zamanda təşəbbüsləri yüksək qiymətləndiriblər.

Sərgi və konfrans çərçivəsində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, Hindistanın, İranın, Misirin rabitə və informasiya texnologiyaları nazirləri ilə, İT korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirmiş, sonra isə nazirlər toplantısında çıxış edərək, Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər haqqında danışıb.

Daha sonra xarici qonaqların iştirakı ilə “Azərbaycan: Qara Qızılı İnsan Qızılına Çevirək” mövzusunda təqdimat keçirilib, müxtəlif çıxışlar dinlənilib və suallar çavablandırılıb.

Bundan əlavə, Kibertəhdidlərə Qarşı Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq Təşkilatının Beynəlxalq Məşvərət Şurasının növbəti iclası keçirilib və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri bu quruma üzv qəbul olunub. Dünyanın 193 ölkəsindən 700-dən artıq şirkət, elm, informasiya-kommunikasiya texnologiyaları sahəsini özündə birləşdirən Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi bu sərgi-konfransda  Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasovun rəhbərliyi ilə 63 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 20-dən artıq İT şirkəti, özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri təmsil edirlər.   
 
 Sərginin VİP zalında 230 kvadratmetrlik sahədə Azərbaycanın milli pavilyonu təşkil olunub. Burada ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr – "Azerspace", Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), "Elektron hökumət", "Elektron imza", nanotexnologiyalar, rəqəmsal televiziya, son mobil texnologiyalar olan "3G" və "4G" xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.




Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024