Tarix:21/07/11
“General Electric”dən indiyədək görünməmiş tutumda yeni optik məlumat daşıyıcısı (Blu-ray formatı hələ ki 50 Qb informasiya tutur; tutumun 128 Qbayta qədər artırılması üzrə hazırlamalar aparılır) holoqrafik texnologiyalara əsaslanır. İstehsalçılar yeni texnologiyanın iş prinsipini belə izah ediblər: "Disk özü polikarbonatdan hazırlanıb. Ona milyonlarla mikro-holoqram vurulub ki, bu da yazılmış informasiyanı qoruyur. Diskdən məlumatların oxunması üçün “Blu-ray” qurğusunda olduğu kimi həminki dalğa uzunluğunda lazer istifadə olunur”.
“General Electric” şirkəti nümayəndələrindən heç kəs 500 qiqabaytlıq diskin təxmini dəyərini və kütləvi istehsal tarixini bildirməyib. “UberGizmo” portalının jurnalistlərinin fikrincə, belə daşıyıcıların geniş yayılması vaxtına hələ var. Çünki hələ “Blu-ray” disklərindən heç də hamı istifadə etmir. Bundan başqa, heç də bütün stolüstü kompyuterlər və noutbuklar müvafiq qurğularla təchiz edilməyib. Hələ də istehsalçılar və istehlakçılar DVD formatına üstünlük verirlər.
infox.ru
“General Electric” 500 QB-lıq optik disk təqdim edib
2 il əvvəl “General Electric” şirkətinin əməkdaşları bildiriblər ki, optik disklər böyük potensiala malikdir və onlar daha çox məlumat saxlaya bilər. Bütün bu vaxt ərzində onlar ultratutumlu optik daşıyıcı layihəsi üzərində işləyiblər və nəhayət, iş bitib. “General Electric” mütəxəssisləri 500 qiqabaytlıq disk nümunəsini təqdim ediblər.“General Electric”dən indiyədək görünməmiş tutumda yeni optik məlumat daşıyıcısı (Blu-ray formatı hələ ki 50 Qb informasiya tutur; tutumun 128 Qbayta qədər artırılması üzrə hazırlamalar aparılır) holoqrafik texnologiyalara əsaslanır. İstehsalçılar yeni texnologiyanın iş prinsipini belə izah ediblər: "Disk özü polikarbonatdan hazırlanıb. Ona milyonlarla mikro-holoqram vurulub ki, bu da yazılmış informasiyanı qoruyur. Diskdən məlumatların oxunması üçün “Blu-ray” qurğusunda olduğu kimi həminki dalğa uzunluğunda lazer istifadə olunur”.
“General Electric” şirkəti nümayəndələrindən heç kəs 500 qiqabaytlıq diskin təxmini dəyərini və kütləvi istehsal tarixini bildirməyib. “UberGizmo” portalının jurnalistlərinin fikrincə, belə daşıyıcıların geniş yayılması vaxtına hələ var. Çünki hələ “Blu-ray” disklərindən heç də hamı istifadə etmir. Bundan başqa, heç də bütün stolüstü kompyuterlər və noutbuklar müvafiq qurğularla təchiz edilməyib. Hələ də istehsalçılar və istehlakçılar DVD formatına üstünlük verirlər.
infox.ru
Baxış sayı: 1296
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib