12px13px15px17px
Tarix:23/10/12

“Nokia”nın ən ucuz smartfonu

“Nokia” şirkəti “Lumia 510” modelini təqdim edib. O, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. “Lumia 510” smartfonunun qiyməti 199 dollar təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, smartfon 4 düymlü sensor “TFT” ekran (800x480), 800 MHs takt tezliyində işləyən “Snapdragon S1” prosessoru və 256 MB əməli yaddaş, həmçinin avtomatik fokuslama imkanına malik 5 meqapikselli kamera ilə təchiz edilib.

Daxili yaddaşın tutumu 4 QB təşkil edir. Onu yaddaş kartları hesabına genişləndirmək mümkün deyil.
“Lumia 510” smartfonu, həmçinin “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 2.1” modulları, “GPS” naviqator və həm enerji toplamaq, həm də fərdi kompüterə qoşulma üçün “microUSB” portu ilə təchiz edilib. Qurğunun çəkisi 129 qramdır. Akkumulyatorun tutumu 1300 milliamper/saata bərabərdir.Yeni aparat 5 rəngdə (qırmızı, sarı, mavi, ağ və qara) əlçatan olacaq.





 
EMİL




Baxış sayı: 1557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024