Tarix:29/10/12
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, güzgü hazırlanması zamanı qəbul edilmiş standartlara əsasən, o, teleskop üçün bundan əvvəl yaradılmış digər güzgülərlə müqayisədə ən azı 10 dəfə daha hamar və dəqiq olmalıdır.
Yaradılmış güzgü “Giant Magellan Telescope” (GMT) adlı teleskopun “ürəyi” olacaq. “GMT” teleskopu vasitəsilə ulduzların ətrafındakı planetləri tədqiq etmək, həmçinin ulduzların yaranması prosesini araşdırmaq nəzərdə tutulub.
Super-teleskop üçün nəzərdə tutulmuş ikinci güzgü üzərində aparılan işləri 2013-cü ilin avqustuna qədər bitirmək planlaşdırılır. “GMT” teleskopu 2016-cı ilə qədər mərkəzi Çilidə tikiləcək. O, dünyanın ən böyük və güclü teleskopu olacaq. Aparat “Xabbl” orbital teleskopu ilə müqayisədə 10 dəfə daha dəqiq müşahidə apara biləcək.
EMİL
Alimlər super-teleskop üçün super-güzgü yaradıblar
Arizona və Kaliforniya universitetlərində çalışan alimlərdən ibarət qrup ən mürəkkəb astronomik güzgü üzərində aparılan işi başa çatdırıb. Son 7 il ərzində alimlər qeyri-adi formalı xüsusi 8,4 metrlik güzgü üzərində çalışıblar.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, güzgü hazırlanması zamanı qəbul edilmiş standartlara əsasən, o, teleskop üçün bundan əvvəl yaradılmış digər güzgülərlə müqayisədə ən azı 10 dəfə daha hamar və dəqiq olmalıdır.
Yaradılmış güzgü “Giant Magellan Telescope” (GMT) adlı teleskopun “ürəyi” olacaq. “GMT” teleskopu vasitəsilə ulduzların ətrafındakı planetləri tədqiq etmək, həmçinin ulduzların yaranması prosesini araşdırmaq nəzərdə tutulub.
Super-teleskop üçün nəzərdə tutulmuş ikinci güzgü üzərində aparılan işləri 2013-cü ilin avqustuna qədər bitirmək planlaşdırılır. “GMT” teleskopu 2016-cı ilə qədər mərkəzi Çilidə tikiləcək. O, dünyanın ən böyük və güclü teleskopu olacaq. Aparat “Xabbl” orbital teleskopu ilə müqayisədə 10 dəfə daha dəqiq müşahidə apara biləcək.
EMİL
Baxış sayı: 970
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib