12px13px15px17px
Tarix:29/10/12

2 ildən sonra lazer və döyüş balıqları reallığa çevriləcək

Amerika donanmasının hərbi dəniz tədqiqatları rəhbəri, kontr-admiral Metyu Klander bildirib ki, hərbi gəmilərin göyərtəsində quraşdırılmış lazer silahı artıq 2 ildən sonra reallığa çevriləcək. Metyu Klander qeyd edib ki, hazırda lazer silahı ilə bağlı fundamental məsələlər öz həllini tapıb.

Maraqlısı odur ki, Metyu Klander lazer silahlarının enerji ilə təmin edilməsi üçün gəmidə quraşdırılmış generatorların gücünün çatışmazlığından narahat deyil. Qeyd edək ki, bu problem lazer silahlarının geniş tətbiqinin qarşısını alan əsas maneə hesab edilir. Klander bu problemin həlledilən olduğunu hesab edir. O bildirib ki, hər bir konkret gəmi üçün lazer silahı yaratmaq olar, sadəcə, elektrik enerjisinə olan tələbi və ölçünü nəzərə almaq lazımdır. Hərbçi qeyd edib ki, lazer silahının sınaqları uğurla gedir.

Kontr-admiral Metyu Klander, həmçinin digər perspektiv hazırlamalar, məsələn, “BIOSwimmer” robot balıq barədə məlumat verib. Robot balıq gəmilərin müdafiəsi, mina və döyüş üzgüçülərinin axtarışı kimi müxtəlif tapşırıqları yerinə yetirəcək.





 
EMİL




Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024