12px13px15px17px
Tarix:30/10/12

Yaponiyada dünyanın ən kiçik “4K” ekranı yaradılıb

Yaponiyanın “Ortus” şirkəti 3840x2160 piksel təsvir ölçüsündə 9,6 düymlü “LCD” ekranı hazırlayıb. Paneldə nöqtələrin sıxlığı 1 düymdə 458 piksel təşkil edir. Ekran videonu çox yüksək keyfiyyətdə əks etdirməyə “qadirdir”.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “4K” standartı fəal şəkildə inkişaf etdirilir. Hazırda dünyada bu təsvir ölçüsünü dəstəkləyən bir neçə televizorun mövcud olmasına baxmayaraq, İstehlak Elektronikası Assosiasiyası (CEA) artıq “4K” formatının adını “Ultra HD”-yə dəyişdirərək bu formatı dəstəklədiyini əks etdirib. “Ortus” şirkətinin istehsalı olan kiçik panel isə “4K” formatının yığcam elektronikada tətbiqinin müjdəçisidir.

İstehsalçılar iddia edirlər ki, yeni ekranda təsvirin keyfiyyəti o qədər yüksəkdir ki, onda əks etdirilən “2D” video “3D” keyfiyyəti kimi görsənir.

Yeni “LCD” panel noyabrın 13-dən 16-dək Almaniyanın Münhen şəhərində keçiriləcək “Electronica 2012” beynəlxalq sərgisində təqdim olunacaq.

EMİL




Baxış sayı: 1237

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2024

15 10 2024