12px13px15px17px
Tarix:31/10/12

Ekoloji təmiz smartfon hazırlanıb

Dünyada ilk bambuk smartfonun istehsalçısı qurğunun son dizaynını ictimaiyyətə təqdim edib, həmçinin onun xüsusiyyətləri və qiyməti haqqında məlumat verib. Ekoloji telefonun istehsalı üçün lazımi məbləği "Kickstarter" saytı vasitəsilə toplamaq planlaşdırılır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bambuk smartfon 1,4 QHs takt tezlikli dördnüvəli  "Samsung Exynos 4" prosessoru ilə təchiz olunacaq. Qurğu 1 QB əməli yaddaşa və 16 QB daxili daşıyıcıya malikdir.

"Adzero" 1280x720 piksel təsvir ölçüsünə malik 4,5 düymlü ekrana, 2050 milliamper/saat tutumlu akkumulyatora, 8 meqapikselli əsas və 0,3 meqapikselli ön kameraya malik olacaq.Telefonun qiyməti 700 dollar təşkil edəcək.



EMİL




Baxış sayı: 1489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2024

15 10 2024