Tarix:05/11/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda “RIM” şirkətinin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. “Android”-smartfonlar və “iPhone” istehsalçısının rəqabətinə tab gətirə bilməyən “BlackBerry” smartfonları 2008-ci ildən etibarən bazar dəyərinin təxminən 95 faizini itirib.
Xatırladaq ki, “BlackBerry 10” ƏS-i mayda təqdim edilmişdi. “RIM” şirkəti bütün ümidlərini ona bağlayıb. ƏS-nin sentyabrda istifadəyə verilmiş beta-versiyası istehsalçı və mobil rabitə operatorlarından müsbət rəylər almışdı.
“BB10” platforması ilə işləyən smartfonların yayda, daha sonra payızda istehsal ediləcəyi gözlənilirdi. Lakin ƏS-nin relizi bir neçə dəfə təxirə salınıb. “RIM” ləngiməni şirkətin bazara “xam” məhsul çıxarmaq istəməməsi ilə izah edib.
Nəticədə “BlackBerry 10” ƏS-i və onunla işləyən smartfonların istehsalı 2013-cü ilin birinci rübünə keçirilib. Heyns şirkətin ƏS-nin relizini bu dəfə təxirə salmayacağı ilə bağlı bəyanatından sonra “RIM”-in səhmlərinin qiyməti noyabrın 1-də 9.8 faiz artaraq 8.7 dollar təşkil edib.
EMİL
Yeni “BlackBerry” smartfonları gələn il istifadəyə veriləcək
Kanadanın “Research in Motion” (RIM) şirkətinin baş direktoru Torsten Heyns bir daha əmin edib ki, “BlackBerry 10” (BB10) əməliyyat sistemi (ƏS) 2013-cü ilin əvvəlində istifadəyə veriləcək. O vurğulayıb ki, “BB10” platformasını hazırda təxminən 50 mobil rabitə operatoru sınaqdan keçirir.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda “RIM” şirkətinin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. “Android”-smartfonlar və “iPhone” istehsalçısının rəqabətinə tab gətirə bilməyən “BlackBerry” smartfonları 2008-ci ildən etibarən bazar dəyərinin təxminən 95 faizini itirib.
Xatırladaq ki, “BlackBerry 10” ƏS-i mayda təqdim edilmişdi. “RIM” şirkəti bütün ümidlərini ona bağlayıb. ƏS-nin sentyabrda istifadəyə verilmiş beta-versiyası istehsalçı və mobil rabitə operatorlarından müsbət rəylər almışdı.
“BB10” platforması ilə işləyən smartfonların yayda, daha sonra payızda istehsal ediləcəyi gözlənilirdi. Lakin ƏS-nin relizi bir neçə dəfə təxirə salınıb. “RIM” ləngiməni şirkətin bazara “xam” məhsul çıxarmaq istəməməsi ilə izah edib.
Nəticədə “BlackBerry 10” ƏS-i və onunla işləyən smartfonların istehsalı 2013-cü ilin birinci rübünə keçirilib. Heyns şirkətin ƏS-nin relizini bu dəfə təxirə salmayacağı ilə bağlı bəyanatından sonra “RIM”-in səhmlərinin qiyməti noyabrın 1-də 9.8 faiz artaraq 8.7 dollar təşkil edib.
EMİL
Baxış sayı: 785
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib