12px13px15px17px
Tarix:06/11/12

Yaponlar "kağız" ekran hazırlayıblar

“Japan Display” (Yaponiyanın Sony, Toshiba və Hitachi  istehsalçılarının ortaq müəssisəsi) şirkəti aşağı enerji sərfiyyatlı qabaqcıl maye kristal ekran yaradıb. Yeni panel maye kristal əsasında hazırlanmış müasir analoqlarından işıqlandırmanın olmaması ilə fərqlənir. Əvəzində ekran onun üzərinə düşən işıqdan istifadə edir və belə halda kağıza oxşamış olur.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, maye kristal panel əvvəlcə yalnız monoxrom təsviri əks etdirir. Təsvirin rəngli olması üçün ona xüsusi filtrlər yerləşdirilir. Bundan başqa, yeni ekranlar "piksel yaddaşa" malikdir. Onlar hərəkətsiz fotonu ekranda saxlaya və onu akkumulyator enerjisi sərf etmədən göstərə bilərlər.

Yüksək enerji effektivliyi və videonu rəngli əks etdirmək imkanı ilə seçilən belə panellər bukriderlərdə quraşdırılmış ekranları (elektron mürəkkəb texnologiyası əsasında hazırlanmış) əvəz edə bilər. İxtira İokoqama şəhərində keçirilən “FPD International Japan 2012” sərgisində təqdim edilib.
 



 
EMİL




Baxış sayı: 1343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024