Tarix:14/11/12
Bu barədə MSN-in mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, beynəlxalq sərgidə 125 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Azərbaycanın nümayiş etdirdiyi məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 mm-lik və 14,5mm-lik “İstiqlal” snayper tüfəngləri, tapançalar maraqla qarşılanıb.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendi ilə yaxından tanış olan İndoneziya, Malayziya, Sinqapur və digər ölkələrin nümayəndələri Azərbaycanın “IndoDefence-2012” beynəlxalq sərgisindəki iştirakını yüksək qiymətləndirdiklərini və gələcəkdə MSN ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.
Səfər çərçivəsində nazir Yavər Camalovun İndoneziyanın müdafiə naziri Purnomo Yusqiantoro, Belarus Dövlət Hərbi Sənaye Komitəsi sədrinin birinci müavini Qolovçenko Roman Aleksandroviç və sərgiyə qatılan bir sıra ölkələrin müdafiə sənayesi sahəsi üzrə dövlət rəsmiləri ilə görüşləri keçirilib. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıqların yaradılması və mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
SEYMUR
Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını dünyaya nümayiş etdirdi
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “IndoDefence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.Bu barədə MSN-in mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, beynəlxalq sərgidə 125 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Azərbaycanın nümayiş etdirdiyi məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 mm-lik və 14,5mm-lik “İstiqlal” snayper tüfəngləri, tapançalar maraqla qarşılanıb.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendi ilə yaxından tanış olan İndoneziya, Malayziya, Sinqapur və digər ölkələrin nümayəndələri Azərbaycanın “IndoDefence-2012” beynəlxalq sərgisindəki iştirakını yüksək qiymətləndirdiklərini və gələcəkdə MSN ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.
Səfər çərçivəsində nazir Yavər Camalovun İndoneziyanın müdafiə naziri Purnomo Yusqiantoro, Belarus Dövlət Hərbi Sənaye Komitəsi sədrinin birinci müavini Qolovçenko Roman Aleksandroviç və sərgiyə qatılan bir sıra ölkələrin müdafiə sənayesi sahəsi üzrə dövlət rəsmiləri ilə görüşləri keçirilib. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıqların yaradılması və mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
SEYMUR
Baxış sayı: 1455
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib