12px13px15px17px
Tarix:15/11/12

Fransızlar "aşpaz" planşeti hazırlayıblar

Fransanın “UNOWHY” şirkəti “QOOQ” kod adlı yeni planşetini təqdim edib. 400 dollarlıq planşet aşpazlara yardımçı olmaq üçün nəzərdə tutulub. Qurğuya geniş kulinariya kitabı daxil edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, cihaz 1 QHs takt tezlikli iki nüvəli prosessorla təchiz edilib və “Linux” əsasında hazırlanmış əməliyyat sistemi ilə işləyir. Planşetə Avropanın ən yaxşı aşpazlarından əldə edilmiş 1000 reseptdən ibarət kulinariya kitabı daxil ediləcək. Həmçinin reseptlərə abunə olmaq imkanı da nəzərdə tutulub. Bunun üçün təcrübəli aşpazlar ayda 9.9 dollar və ya ildə 99 dollar ödəməli olacaqlar.

Yemək hazırlamağı qurğu vasitəsilə mətn və şəkillərdən ibarət təlimatlar və ya video reseptlər üzrə öyrənmək olar. Həmçinin qeyd edək ki, “QOOQ” planşetinin korpusu mətbəxdə baş verə biləcək zədələnmələrə qarşı dayanıqlıdır: o, maye keçirmir və rezin örtük qurğunun masadan sürüşməsinə imkan vermir.

 
EMİL




Baxış sayı: 1633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024