12px13px15px17px
Tarix:15/11/12

Elektron mürəkkəb texnologiyası əsasında ekranla təchiz edilmiş ilk rider istehsal ediləcək

“PocketBook” şirkəti elektron mürəkkəb texnologiyası (E Ink) əsasında ekranla təchiz edilmiş dünyada ilk rider istehsal edəcək. Rider təsvir ölçüsü 800x600 pikselə bərabər olan sensor ekranla təchiz olunacaq və 4096 rəng əks etdirməyə “qadirdir”.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “PocketBook” şirkətindən verilən məlumata görə, onun qurğusu təxminən 1 ay avtonom işləyə biləcək. Riderdə tərəflərin nisbəti 4:3-ə təşkil edir və ekran çoxsaylı toxunuşları dəstəkləyir.

Xatırladaq ki, “PocketBook” şirkətinin rideri ilk dəfə 2012-ci il sentyabrın əvvəlində Berlində keçirilən “IFA” sərgisində təqdim edilmişdi. Şirkət qurğunun qiymətini hələ ki açıqlamayıb.




EMİL




Baxış sayı: 1200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024