Tarix:15/11/12
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, yenilənmiş “BBM 7” hələ ki beta versiya kimi əlçatandır. Messencerin istifadəçi interfeysi əvvəlki versiyaların stilində hazırlanıb. Lakin hazırda sağ yuxarı küncdə qəbul və çağırış siqnalının düyməsi yerləşdirilib, ekranın əsas hissəsini isə əvvəlki kimi mətn çatı tutur. Səs rabitəsi düyməsi, həmçinin status indikatoru kimi fəaliyyət göstərir. İstifadəçi həmsöhbəti ilə mətn formatında əlaqə saxladıqda, fotoya baxdıqda və ya elektron poçt göndərdikdə fon rejimində səsli rabitədən istifadə mümkündür.
“BBM 7” vasitəsilə səsli rabitə hər iki abunəçi “BlackBerry” smartfonundan istifadə etdiyi halda mümkündür. İstehsalçı, həmçinin qeyd edib ki, səs rabitəsi üçün “BBM” hesabı yalnız bir smartfonda aktiv ola bilər. Bunu bir neçə “BlackBerry” mobil telefonundan istifadə edən şəxslər nəzərə almalıdırlar.
Beləliklə, “BBM 7” müştəri tətbiqi yeni funksiya sayəsində “Skype”, “Google Talk” kimi layihələrlə bir mövqedə dayanır.
EMİL
“BlackBerry” sahibləri “BBM” vasitəsilə bir-birlərinə pulsuz zəng edə biləcəklər
“BlackBerry Messenger” müştəri tətbiqinin 7-ci versiyasında (BBM 7) “Wi-Fi” vasitəsilə pulsuz səs zəng etmək funksiyası istifadəyə verilib. Tətbiq “BlackBerry 6” və daha yuxarı əməliyyat sistemləri (ƏS) ilə çalışan smartfonlarda işləyir.“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, yenilənmiş “BBM 7” hələ ki beta versiya kimi əlçatandır. Messencerin istifadəçi interfeysi əvvəlki versiyaların stilində hazırlanıb. Lakin hazırda sağ yuxarı küncdə qəbul və çağırış siqnalının düyməsi yerləşdirilib, ekranın əsas hissəsini isə əvvəlki kimi mətn çatı tutur. Səs rabitəsi düyməsi, həmçinin status indikatoru kimi fəaliyyət göstərir. İstifadəçi həmsöhbəti ilə mətn formatında əlaqə saxladıqda, fotoya baxdıqda və ya elektron poçt göndərdikdə fon rejimində səsli rabitədən istifadə mümkündür.
“BBM 7” vasitəsilə səsli rabitə hər iki abunəçi “BlackBerry” smartfonundan istifadə etdiyi halda mümkündür. İstehsalçı, həmçinin qeyd edib ki, səs rabitəsi üçün “BBM” hesabı yalnız bir smartfonda aktiv ola bilər. Bunu bir neçə “BlackBerry” mobil telefonundan istifadə edən şəxslər nəzərə almalıdırlar.
Beləliklə, “BBM 7” müştəri tətbiqi yeni funksiya sayəsində “Skype”, “Google Talk” kimi layihələrlə bir mövqedə dayanır.
EMİL
Baxış sayı: 1959
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib