12px13px15px17px
Tarix:23/11/12

Kitabların skan edilməsi üçün rekord dərəcədə sürətli sistem yaradılıb (VİDEO)

Tokio Universitetində çalışan mühəndislərin yaratdıqları kitabların skan edilməsi sistemi dəqiqədə 250 səhifəyə qədər rəqəmləşdirməyə “qadirdir”. Səhifələrin vərəqlənməsi prosesinin videoyazısındakı təsvirin bərpa edilməsi alqoritmlərindən istifadə sayəsində belə sürət əldə olunur.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sistem kitabların rəqəmli surətlərinin yaradılması üçün mürəkkəb alqoritmdən istifadə edir. Qurğu əvvəlcə səhifələrin vərəqlənməsi zamanı onların üçölçülü vəziyyətini saniyədə 500 dəfə tezliklə qeydə alır. Bu halda müəlliflər deformasiyanın orijinal riyazi modelindən istifadə edirlər və o, yazı əsasında vərəqdəki nöqtələrin vəziyyətini bərpa etməyə imkan verir.

Bundan sonra kameranın çəkdiyi videoyazılardan səhifənin hissələri seçilir. Sonda bu hissələrdən bütöv təsvir yığılır.

Təsvirin videokameralarla qeydə alınmasına baxmayaraq, müəlliflərin sözlərinə görə, o, 1 düymdə 400 nöqtə təsvir ölçüsünə malikdir.
 

 
EMİL




Baxış sayı: 1622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024