12px13px15px17px
Tarix:23/11/12

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloqla bağlı təlimləri davam etdirir

“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog-5” layihəsi müddətində iştirakçılara bloqla bağlı ilkin anlayışlar, “WORDPRESS” platformasında qeydiyyat, idarəetmə panelində istifadə qaydaları, məlumatların  necə yerləşdirilməsi haqqında təlimlər keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin mərkəzə istinadən verdiyi məlumata görə, eyni zamanda layihə çərçivəsində bloqlar vasitəsilə pul qazanmağın yolları və necə PR edilməsi mövzusunda təlimlər keçiriləcək.
Qeyd edək ki, təlimlərdə 50 nəfər gənc iştirak edir.

Ümumilikdə təlimlər 6 dərs proqramını əhatə etməklə davamlı olaraq həftədə 2 dəfə “İRƏLİ” Gənclik  Mərkəzində keçirilir.Sonda təlimləri uğurla başa vuran iştirakçılara şəhadətnamə təqdim olunacaq.



 
CAHANGİR




Baxış sayı: 1099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024