12px13px15px17px
Tarix:24/11/12

Nəhəng "ailə" planşeti yaradılıb (VİDEO)

Fransanın "Archos" şirkəti "Arnova FamilyPad" planşetini təqdim edib. "FamilyPad"-ın əsas xüsusiyyəti 13,3 düymlü nəhəng ekranla təchiz edilməsidir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, belə qurğunu əldə saxlamaq o qədər də rahat deyil, ona görə də üzərində xüsusi altlıq təklif edilir. Planşetin ölçüsünə baxmayaraq, ekranın təsvir ölçüsü (1280x800 piksel) ürəkaçan deyil.

Planşet, ilk növbədə videoya baxmaq üçün nəzərdə tutulub. Ekranın ölçüsü sayəsində bu planşetdə kinoya ailəvi baxmaq mümkündür. Qurğu 1 QHs (qiqahers) takt tezliyində işləyən birnüvəli prosessor, 1 QB (qiqabayt) əməli yaddaş, 8 QB daxili yaddaş (onu "microSD" vasitəsilə artırmaq mümkündür), 2 meqapikselli arxa və ön kamera və "Wi-Fi" modulu ilə təchiz olunub.

Planşet "Android 4.0" platforması ilə işləyir. Onun ölçüləri 262 x 171 x 12,5 millimetr təşkil edir. Çəkisi 1,3 kiloqramdır. Akkumulyator batareyasının tutumu haqqında hələlik məlumat yoxdur."FamilyPad" planşetinin Avropada satışlarına artıq dekabrda start veriləcək. Onun qiyməti 275 avro təşkil edəcək.
 

 
EMİL




Baxış sayı: 1314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024