Tarix:26/11/12
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Electrer+" layihəsini 2008-ci ildə fransalı dizayner Vivyena Müller işə salıb. O, ideyasını həyata keçirməyə çalışıb və bunun üçün qurğusuna 370 dollardan ilkin sifarişlər qəbul etməyə başlayıb. O, istehsala başlamaq üçün kifayət qədər vəsait toplamaqdan ötrü 400 ilkin sifarişə ümid edirdi. Lakin sifarişlərin sayı 200 olduğundan Müller layihəsini müəyyən müddətə təxirə salmalı olub.
Lakin Müller ruhdan düşməyərək ixtirası üzərində çalışmağa davam edib. O, qurğunun dizaynını təkmilləşdirmiş və enerji səmərəliliyini artırıb. Süni ağacın (bonsay) adına daha bir "+" işarəsi əlavə edərək ixtirasını bazara yenidən çıxarmağa çalışır. Yenilənmiş "Electree++" daxili 14000 milliamper/saat tutumlu batareya (bu, "iPhone 5" smartfonunu 9 dəfə enerji ilə doldurmaq üçün kifayətdir) ilə təchiz edilib və budaqların uclarında 27 günəş batareyası quraşdırılıb.
Qeyri-adi bonsay öz enerjisini yenidən bərpa etmək üçün 36 saat ərzində işıqlıqda olmalıdır. "Electree++" qurğusu 2 ədəd "USB" porta malikdir: biri smartfonları, digəri planşetləri enerji ilə doldurmaq üçündür. Qurğu, həmçinin enerjinin simsiz yüklənməsi texnologiyasını da dəstəkləyir, ona görə bu funksiya ilə təchiz edilmiş smartfonları (məsələn, "Nokia Lumia 920") bonsaya qoşmağa ehtiyac yoxdur, sadəcə, taxta panelin üzərinə yerləşdirmək kifayətdir.
Yalnız 199 dollar ödəməklə "Kickstarter" sosial platformasında ilkin sifariş həyata keçirmək olar. Qurğunun yaradıcıları ən azı 1000 ilkin sifariş olacağına ümid edirlər. Belə olan halda 200 min dollar vəsait toplanacaq.
Günəş batareyaları ilə təchiz edilmiş “Bonsay” mobil qurğuları enerji ilə dolduracaq (VİDEO)
"Kickstarter" sosial investisiya platforması "Electree++" layihəsini həyata keçirmək üçün vəsait axtarır. O, kiçik süni ağacdan ibarətdir və onda yarpaqların əvəzinə günəş batareyaları quraşdırılıb. Qurğu istənilən yığcam cihazı asanlıqla enerji ilə yükləməyə "qadirdir"."ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Electrer+" layihəsini 2008-ci ildə fransalı dizayner Vivyena Müller işə salıb. O, ideyasını həyata keçirməyə çalışıb və bunun üçün qurğusuna 370 dollardan ilkin sifarişlər qəbul etməyə başlayıb. O, istehsala başlamaq üçün kifayət qədər vəsait toplamaqdan ötrü 400 ilkin sifarişə ümid edirdi. Lakin sifarişlərin sayı 200 olduğundan Müller layihəsini müəyyən müddətə təxirə salmalı olub.
Lakin Müller ruhdan düşməyərək ixtirası üzərində çalışmağa davam edib. O, qurğunun dizaynını təkmilləşdirmiş və enerji səmərəliliyini artırıb. Süni ağacın (bonsay) adına daha bir "+" işarəsi əlavə edərək ixtirasını bazara yenidən çıxarmağa çalışır. Yenilənmiş "Electree++" daxili 14000 milliamper/saat tutumlu batareya (bu, "iPhone 5" smartfonunu 9 dəfə enerji ilə doldurmaq üçün kifayətdir) ilə təchiz edilib və budaqların uclarında 27 günəş batareyası quraşdırılıb.
Qeyri-adi bonsay öz enerjisini yenidən bərpa etmək üçün 36 saat ərzində işıqlıqda olmalıdır. "Electree++" qurğusu 2 ədəd "USB" porta malikdir: biri smartfonları, digəri planşetləri enerji ilə doldurmaq üçündür. Qurğu, həmçinin enerjinin simsiz yüklənməsi texnologiyasını da dəstəkləyir, ona görə bu funksiya ilə təchiz edilmiş smartfonları (məsələn, "Nokia Lumia 920") bonsaya qoşmağa ehtiyac yoxdur, sadəcə, taxta panelin üzərinə yerləşdirmək kifayətdir.
Yalnız 199 dollar ödəməklə "Kickstarter" sosial platformasında ilkin sifariş həyata keçirmək olar. Qurğunun yaradıcıları ən azı 1000 ilkin sifariş olacağına ümid edirlər. Belə olan halda 200 min dollar vəsait toplanacaq.
Baxış sayı: 2479
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib