12px13px15px17px
Tarix:27/11/12

Canlı bitkilərdən elektrik enerjisi əldə ediləcək (VİDEO)

Hollandiyalı alimlərin ixtirası sayəsində canlı bitkilərdən elektrik enerjisi əldə etmək mümkün olacaq. Yeni texnologiya "yaşıl" energetika sahəsində inqilab vəd edir. Belə ki, evin damında, sadəcə, qazon yerləşdirməklə onu elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamasına görə, bataqlıq və rütubətli çəmənlər Yer kürəsi səthinin təxminən 6 faizini tutur. Hollandiyanın Vaqeninqen Universitetində çalışan Maryoleyn Helderin hazırladığı yeni texnologiya sayəsində bu sahələr  mühüm enerji mənbəyi ola biləcək.Alimlərin sözlərinə görə, onların texnologiyası bitkilərə ziyan vurmur və ümumiyyətlə, ətraf mühitə təsir etmir.

Texnologiya bioloji materialdakı fotosintez enerjisindən istifadə edir. Bitkilər enerjinin artığını kök vasitəsilə şirə şəklində çıxarır. Torpaqdakı bakteriyalar onu ayırdıqdan sonra elektronlar azad olur. Və onları elektrodları lazımi yerdə yerləşdirməklə toplamaq olar.
 
Bitki enerjisinin gücü azdır. Bitkilər əkilmiş kvadratmetr torpaqdan yalnız 0,4 vatt enerji toplamaq mümkündür. İstehsalçılar iddia edirlər ki, gələcəkdə bu göstəricini 3,2 vatta çatdıracaqlar. Beləliklə, bitkilər əkilmiş 100 kvadratmetr ərazidən toplanmış enerji ilə bütöv evi təmin etmək mümkün olacaq (bir şərtlə ki, o, ildə 2800 kVt*saat enerji sərf etsin).Alimlər hesab edirlər ki, onların texnologiyası artıq yaxın illər ərzində geniş tətbiq olunacaq.


 
EMİL




Baxış sayı: 1619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024