12px13px15px17px
Tarix:29/11/12

Ən kiçik stolüstü fərdi kompüter təqdim edilib (VİDEO)

“Lenovo” şirkəti 1 il bundan əvvəl “Idea Centre Q180” adlı ən kiçik stolüstü kompüter istifadəyə vermişdi. Şirkət bu seriyanın davamını gətirərək “IdeaCentre Q190” kompüterini istehsal edib. O, 80 faiz daha güclü prosessor, 2 dəfə daha çox əməli yaddaş və 1 TB-lıq sərt disklə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qurğunun ölçüləri 155 x 192 x 22 millimetr təşkil edir. Kompüter 2 versiyada tədarük olunacaq. Qeyd edək ki, “Q910” kompüterinə maksimal konfiqurasiyada 8 QB əməli yaddaş quraşdırılıb.
 
İstəkdən asılı olaraq istifadəçilər kompüterin 24 qiqabaytlıq SSD (sərtgövdəli disk) daşıyıcı ilə olan versiyasını seçə bilərlər. Kompüterin korpusunda 4 ədəd “USB 2.0” giriş, 2 ədəd USB 3.0 portu və universal kardrider yerləşdirilib.

Qurğuda başlanğıc ayar kimi optik diskləri oxudan qurğu mövcud deyil, lakin onu ayrıca satın almaq olar.
“IdeaCentre Q190” kompüterinin minimal konfiqurasiya ilə olan versiyasının qiyməti təxminən 335 dollar təşkil edir.
 


 
EMİL




Baxış sayı: 1520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024