Tarix:03/12/12
İki həftə davam edəcək tədbirdə 1988-ci ilə Avstraliyanın Melburn şəhərində qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur. Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ üzv dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək Reqlamentin yeni mətnini formalaşdırmaqdır.
Konfrans zamanı genişzolaqlı xidmətlərin tətbiqi, bu sahəyə daha çox investisiyaların cəlb olunması, qlobal internet idarəçiliyinin modelinin müəyyən olunması, kibertəhlükəsizlik üzrə vahid istiqamətin formalaşması, rominq xidmətlərində şəffaflığın təmin olunması və bu kimi digər sahələr üzrə fikir mübadiləsi aparılacaq və reqlamentin yeni layihəsi qəbul olunacaqdır.
BMT-nin Baş katibi Ban ki-mun Konfransa video müraciəti iştirakçılara çatdırılmış, ICANN-in prezidenti tədbirdə çıxış etmişdir. Konfransda Nazir müavini İltimas Məmmədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Tədbirin ikinci həftəsində Nazir Əli Abbasovun da iştirakı nəzərdə tutulur.
Azərbaycan Telekommunikasiya üzrə Ümumdünya Konfransında təmsil olunur
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə bu gün (3 dekabr) rəsmi açılış mərasimi ilə BƏƏ-nin Dubay şəhərində 263 üzv ölkədən 2000-nə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) öz işinə başlayıb.İki həftə davam edəcək tədbirdə 1988-ci ilə Avstraliyanın Melburn şəhərində qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur. Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ üzv dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək Reqlamentin yeni mətnini formalaşdırmaqdır.
Konfrans zamanı genişzolaqlı xidmətlərin tətbiqi, bu sahəyə daha çox investisiyaların cəlb olunması, qlobal internet idarəçiliyinin modelinin müəyyən olunması, kibertəhlükəsizlik üzrə vahid istiqamətin formalaşması, rominq xidmətlərində şəffaflığın təmin olunması və bu kimi digər sahələr üzrə fikir mübadiləsi aparılacaq və reqlamentin yeni layihəsi qəbul olunacaqdır.
BMT-nin Baş katibi Ban ki-mun Konfransa video müraciəti iştirakçılara çatdırılmış, ICANN-in prezidenti tədbirdə çıxış etmişdir. Konfransda Nazir müavini İltimas Məmmədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Tədbirin ikinci həftəsində Nazir Əli Abbasovun da iştirakı nəzərdə tutulur.
Baxış sayı: 1133
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir