12px13px15px17px
Tarix:05/12/12

Qış depressiyasından xilas edən cihaz ixtira edilib

Finlandiyalılar İT dünyasında "Nokia" şirkəti və "Angry Birds" oyunlar seriyası ilə məşhurdurlar. Çox güman ki yaxınlarda bu siyahıya qeyri-adi startap da əlavə olunacaq.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Helsinkidə hazırlanmış qeyri-adi qurğu "Valkee" adlanır. O, qulaq kanalları vasitəsilə beyin hüceyrələrini işıqlandıraraq gün işığı çatışmazlığına tab gətirməyə və qış depressiyasına qalib gəlməyə kömək edən maddələrin hazırlanmasına imkan yaradacaq.

Qurğunun yaradıcısı Yuso Nisila quşların sirkad ritmlərini tədqiq edərək aşkar edib ki, onların beynində işığa həssas zülallar var. Zülal isə onların yuxu qrafikini tənzimləməyə "qadirdir". Təxminən həmin vaxtlarda Nisilanın dostu Anti Auino qış depressiyasından əzab çəkirdi.

O, "Nokia" şirkətində tərtibatçı vəzifəsində çalışır və xəstəliyə görə məzuniyyət götürməyə qərar vermişdi. Auino məzuniyyətini evdə keçirərək hər yeri işıqlandırmışdı. "Mən ona dedim ki, işığı evdə deyil, beyində yandırmaq lazımdır" – Nisila bildirib. Artıq bir neçə həftədən sonra dostların hazırladığı qurğu nümunəsi Auinonun depressiyaya qalib gəlməsinə kömək edib. Qeyri-adi cihaz "MP3" pleyerə oxşayır. Ona qoşulmuş qulaqlıqlara xüsusi lampalar birləşdirilib və onlar 12 dəqiqəlik "beyin işıqlandırılması" sessiyası zamanı beyin hüceyrələrinə təsir edir.

Bu, xüsusi zülalların hazırlanmasına imkan yaradır və beynin serotonin, melanin və dofamin istehsal etməsinə kömək edir. Bu maddələr əhval-ruhiyyənin, həmçinin yuxu dövrlərinin tənzimlənməsindən sorumludur. Qurğunun səmərəliliyi elmi cəhətdən əsaslandırılıb. Dərc edilmiş tədqiqatda qeyd edilib ki, xəstələrin 92 faizi tamamilə sağalıb.

"Biz Oul şəhərində yaşayırıq. Bu şəhər qütb dairəsinin cəmisi 170 kilometrliyində yerləşib. Burada çox qaranlıq olur və insanların əksəriyyəti depressiyaya məruz qalırlar" – Nissa iddia edib. Aparat artıq satışa çıxarılıb. Onun qiyməti 190 avrodur. Hazırda təxminən 25 min cihaz satılıb.EMİL



Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024