Tarix:26/07/11
Adi ikiölçülü şəkillərlə yanaşı, “Sony Cyber-shot DSC-TX55” həmçinin “3D” formatlı foto, eləcə də “Full HD” formatlı video çəkmək imkanı ilə də təmin edilib. Bununla yanaşı, qeyd olunur ki, fotoaparat eyni zamanda 12 meqapiksel ölçüdə foto və video çəkə bilir. Lentə alınmış materialın saxlanılması üçün “Memory Stick Micro” və “MicroSD/SDHC” formatlı yaddaş kartları saxlanıla bilər. Qeyd olunur ki, “Sony”-nin yeni kompakt rəqəmli fotokamerası cari ilin sentyabrında satışa çıxarılacaq. Onun qiyməti isə 350 ABŞ dolları civarında olacaq.
www.news-it.net
“Sony” dünyanın ən nazik fotokamerasını təqdim edib
Yaponiyanın “Sony” korporasiyası yeni kompakt rəqəmli fotokamera istifadəyə verib. “Cyber-shot” model xəttinə aid olan “DSC-TX55” öz sinfində dünyanın ən nazik fotokamerasıdır. Belə ki, onun qalınlığı cəmi 12,2 millimetr təşkil edir ki, bu da standart “AA” batareyalarının diametrindən (13,5 mm.) də azdır. 16,2 meqapikselli “Exmor R CMOS” sensoru, 5 qatlı optik böyüdülmə imkanlı obyektiv, təsvirin optik stabilləşdirilməsi sistemi, quraşdırılmış işıqlandırma və 3,3 düymlü sensor “OLED Xtra Fine” displeyi ilə təchiz olunmuş “Sony Cyber-shot DSC-TX55” modelində çəkiliş obyektində cəmi 0,1 saniyəyə kəskinlik təyin etmək imkanı verən təkmilləşdirilmiş avtomatik fokus sistemi quraşdırılıb. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni kompakt fotokamera keyfiyyət itirilmədən 10 qatlı rəqəmli böyüdülmə effekti verən “By Pixel Super Resolution” texnologiyasını dəstəkləyir. Həmçinin, yeni qurğuda fotoşəkillərə kompyuter və ya xüsusi proqram təminatı istifadə etmədən yaradıcı effektlər əlavə etmək imkanı verən “Picture Effect” funksiyası əlavə edilib.Adi ikiölçülü şəkillərlə yanaşı, “Sony Cyber-shot DSC-TX55” həmçinin “3D” formatlı foto, eləcə də “Full HD” formatlı video çəkmək imkanı ilə də təmin edilib. Bununla yanaşı, qeyd olunur ki, fotoaparat eyni zamanda 12 meqapiksel ölçüdə foto və video çəkə bilir. Lentə alınmış materialın saxlanılması üçün “Memory Stick Micro” və “MicroSD/SDHC” formatlı yaddaş kartları saxlanıla bilər. Qeyd olunur ki, “Sony”-nin yeni kompakt rəqəmli fotokamerası cari ilin sentyabrında satışa çıxarılacaq. Onun qiyməti isə 350 ABŞ dolları civarında olacaq.
www.news-it.net
Baxış sayı: 1583
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib