12px13px15px17px
Tarix:10/12/12

AES-də baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq üçün robot hazırlanıb (VİDEO)

"Mitsubishi"nin sənaye bölməsi baş vermiş radiasiya qəzalarının nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulmuş robotunu təqdim edib. Xatırladaq ki, "Toyota" şirkəti də bir neçə gün əvvəl öz radiasiya robotunu təqdim etmişdi.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni "Meister" (Maintenance Equipment Integrated System of Telecontrol Robot) robotu 2 ədəd manipulyator və 4 ədəd tırtılla təchiz olunmuş hərəkət edə bilən platformadan ibarət qurğudur.

Robotu uzaq məsafədən idarə etmək mümkündür və o, dağıntıların təmizlənməsində, qazma işlərində, müxtəlif maneələrin aradan qaldırılmasında, həmçinin bina və onun ətrafında radiasiya səviyyəsinin ölçülməsində istifadə oluna bilər.

Robotun çəkisi 490 kq, uzunluğu 1,2 metr təşkil edir. "Mitsubishi" şirkətindən verilmiş məlumata görə, Fukusima Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza zamanı Amerikanın "PackBot" hərbi robotu tətbiq edilmişdi. Yaponiya şirkəti bildirib ki, "Meister" radiasiyadan mühafizədə və manevr qabiliyyətində onu üstələyir.

EMİL



Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024