12px13px15px17px
Tarix:13/12/12

“Find 5” "superfon"u ABŞ bazarına çıxarılıb

Çinin "Oppo" şirkəti "Find 5" smartfonunu Amerika bazarına çıxarıb. Smartfon "Full HD" (1920x1080) formatlı 5 düymlü ekran, 1.5 QHs (qiqahers) takt tezliyində işləyən dördnüvəli "Qualcomm" prosessoru və 13 meqapikselli kamera ilə təchiz olunub.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, cihaz 2 QB (qiqabayt) əməli yaddaşa malikdir. "LTE" şəbəkələri dəstəkləyib-dəstəkləmədiyi barədə bildirilməyib. Lakin "Find 5" smartfonu "Wi-Fi" (Direct), "Bluetooth", "NFC" və "GPS" modulları ilə təchiz edilib. Aparata "Android 4.1.2" əməliyyat sistemi quraşdırılıb. Litium-ion batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.

Cihazın avtonom iş vaxtı haqqında məlumat yoxdur. "Find 5" aparatı videoçarxları saniyədə 120 kadr tezliklə çəkir. Ön kameranın datçikinin təsvir ölçüsü 1,9 meqapikseldir. "Find 5" cihazında "microSD" yaddaş kartları üçün slot nəzərdə tutulmayıb, fləş-yaddaşın tutumu isə 16 QB-a bərabərdir. ABŞ-da aparatın qiyməti təxminən 500 dollar təşkil edəcək. "Find 5" cihazı 1 ay ərzində satışa çıxarılacaq.

EMİL



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024