12px13px15px17px
Tarix:13/12/12

Yüksək temperatur və tozlu şəraitdə istifadə üçün nəzərdə tutulmuş ultrabuk istehsal edilib

"Panasonic" şirkəti "Toughbook" ultrabukunu təqdim edib. Bu model aşağı və ya yüksək temperatur, yüksək rütubət, tozlu şəraitdə istifadə üçün nəzərdə tutulmuş ilk ultrabukdur. Cihaz zərbəyə davamlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni "Toughbook CF-AX2" ultrabuku 2013-cü ilin əvvəlində satışa çıxarılacaq və o, vaxtının çox hissəsini yolda keçirən müştərilər üçün nəzərdə tutulub.

Qurğunun baza konfiqurasiyası halında 11,6 düymlü monitor, "Intel Core i5" mikroprosessoru, 4 qiqabayt əməli yaddaş və 128 qiqabayt "SSD" daşıyıcı ilə təchiz edilib. Ultrabukun akkumulyatoru çıxarıla biləndir. Avtonom iş vaxtı 8 saatdır. Cihaz 3 "USB" portu və "HDMI" portuna malikdir.

"Panasonic" şirkətindən verilən məlumata əsasən, noutbuk 76 santimetr hündürlükdən yerə düşdükdə belə işləyir. Qurğunun qiyməti haqqında məlumat yoxdur. EMİL



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024