12px13px15px17px
Tarix:14/12/12

Əlcəklər sensor funksiyasına malik olacaq (VİDEO)

Stilusla işləyən sensor ekranlar keçmişdə qaldı. Hazırkı müasir ekranlar yalnız barmaq toxunuşlarına "cavab verir". Buna görə qış fəslində smartfonda, məsələn, musiqi parçasını dəyişmək üçün hər dəfə əli isti əlcəkdən çıxartmaq lazım gəlir.

Lakin alimlər bu problemi həll ediblər "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "AnyGlove" şirkətinin hazırladığı xüsusi maye polimer elektrik keçirmə qabiliyyətinə malikdir və bu maddənin tətbiq edildiyi əlcəklər sensor ekranlarla birbaşa işləyə bilir. Lakin toxunuş dəqiqliyi bir qədər aşağıdır.

Sensorlaşdırma prosesi çox sadədir: mayeni əlcəyin barmaqlarına damcılatmaq və onun qurumasını gözləmək lazımdır. Maye polimerlər parçanın lifləri arasına daxil olaraq elektrik naqillərinə çevriləcək. "AnyGlove"-un bir flakonunu uzun müddət üçün kifayət edir: maye öz təsirini 1 həftə ərzində saxlayır.

Bununla belə "AnyGlove" çatışmazlıqlardan da hali deyil. Polimerləri ağ əşyalar üzərinə damcılatmaq tövsiyə edilmir, çünki ləkə saxlaya bilər.

Bundan başqa, 7,5 millilitr həcmli kiçik şüşənin qiyməti 15 dollardır (təxminən 460 rubl). "Yandeks. Market"-in məlumatına görə, sensor əlcəklərin orta qiyməti təxminən 500 rubl təşkil edir.EMİL



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024