12px13px15px17px
Tarix:14/12/12

“Galaxy Note”-un ekranı bir qədər böyüdüləcək

Smartfon və planşetin hibridini təşkil edən “Galaxy Note III”-ün ekranı 6,3 düymədək böyüdüləcək. “Korea Times”-in məlumatına görə, “Samsung” şirkəti yeni “OLED” texnologiyası əsasında ekran hazırlayacaq. Qəzetin məlumatına əsasən, sayca üçüncü olan bu planşetofon 2013-cü ildə istifadəyə veriləcək.


Qeyd edək ki, birinci “Galaxy Note” 2011-ci ilin oktyabrında təqdim edilmişdi. Cihaz 5,3 düymlü ekran, ikinüvəli “Exynos” çipi, 1 QB əməli yaddaş, 2500 milliamper/saat tutumunda batareya və stilusla təchiz edilmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Galaxy Note II” 2012-ci il avqustun 29-da Berlində keçirilən “IFA 2012” elektronika sərgisində təqdim edilmişdi. Onun ekranı 0,2 düym böyüdülmüşdü. Prosessor daha güclüsü - 1.6 QHs takt tezliyində işləyən dördnüvəli Exynos 4412 ilə əvəzlənmişdi. Əməli yaddaşın həcmi 2 qiqabayt, akkumulyatorun tutumu isə 3100 milliamper/saata qədər artırılmışdı.

Şirkət 2 ay ərzində 5 milyon “Galaxy Note II” modeli sata bilmişdi. Birinci planşetofon bu göstəricinin öhdəsindən 5 ay ərzində gəlmişdi.

EMİL



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024