12px13px15px17px
Tarix:15/12/12

Rasim Cabbarov: «ÇİP texnologiyası yaradılması fundamental elm tutumlu iqtisadiyyatın inkişafına xidmət edir»

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti mərkəzin qarşısında duran əsas prioritet istiqamətlərə uyğun olaraq, nanomaterialların yeni A-CVD metodu ilə alınması və tətbiq olunması, energetik texnologiyaların, molekulyar elektronika, tibbi istiqamətlərin və gələcəyin texnologiyasının (konvergent texnologiyanın) yaradılması nəzərdə tutulur. Bu müddətə qədər mərkəzin fəaliyyəti sadaladığımız elm tutumlu iqtisadiyyatın istehsal səviyyəsinə çatdırılmasına xidmət edib».

Bu fikirləri adıçəkilən mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov söyləyib.

O bildirib ki, mərkəzdə mövcud laboratoriya avadanlıqlarından istifadə etməklə az enerji tələb edən və ekoloji təmiz işıq 100 vatlıq 30-36 Voltlaişləyən, optik və elektrik parametrləri bu gün dünyada və Azərbaycanda istifadə olunan küçə işıqlarını, magistral yolları, park və bağçaları ağ-LED işıqları (aylıq istehsal gücümüz 1000 ədəd olan LED işıqlar alınır) alınıb.

Bu LED işıqlanma sisteminə elmi iqtisadi baxış qapalı bir biznes sahəsidir ki, bunun formalaşması paralel olaraq Yüksək texnologiyalar parkının tam iqtisadi səmərə verməsinə əsas təkan verir və bu, ölkəmizdə tam olaraq yaxın gələcəkdə “Bərk Cisim İşıqlanma Sənayesi” (Solid State Laithing İndustruy) layihəsinın yaranmasını zəruri edir:

«Hesab edirik ki, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin daxilində YT (Yüksək Texnologiyalar) parkının yaradılması dediyimiz Bərk Cisim İşıqlanma Layihəsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi Azərbaycanda yaradılan alüminium və yaradılası vacib olan polukarbonat istehsalını vacib edəcəkdir, mövcud alüminium zavodlarının rentabelliyinə və rəqabətə davamlı alüminium istehsalına marağı artıracaqdır. Mərkəzdə nanoborular alınmış, eləcə də bir sıra sahələr üzrə uğurlu tədqiqat nəticələrinə və inkişafa nail olunmuşdur. Karbon nanoborularının tətbiqi sahələri çox yenidir və xüsusən də ölkəmizdə hazırda dövlətin maraq dairəsində olan polimer borularda, ümumiyyətlə, kimya sənayesinin inkişafına əsil və zamanında töhfəsini verə bilər». 

 R. Cabbarov qeyd edib ki, bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün layihənin növbəti mərhələsi olaraq, mərkəzdə çip texnologiyasının qurulması nəzərdə tutulub: 

«MOCVD (ÇİP-TEXNOLOGİYASI) (Metal orqanik kimyəvi qaz faza çökdürməsi) texnologiyası bu günün Hi-Tek məhsullarının alınmasında əvəzolunmaz texnologiyadır. Hi-Tek əsaslı texnologiya, yüksək texnologiyalar parkının (YT) qurulması və elm tutumlu iqtisadiyyatın yaradılması bu texnologiyadan bəhrələnir. ÇİP texnologiyası yaradılması fundamental elm tutumlu iqtisadiyyatın inkişafına xidmət edir. ÇİP texnologiyası nəinki LED işıqlanma layihəsinə, həmçinin Hi-TEC. məhsullarının əsas hissəsidir». 


R.Cabbarov bildirib ki, ÇİP texnologiyasını inkişaf etdirmədən heç bir ölkədə geniş mənada Yüksək Texnologiya sənayesini inkişaf etdirmək olmaz. Onun sözlərinə görə, layihənin tətbiq sahələri genişdir (LED-lərdə, Lazerdiodlarda, informasiya-kommunikasiya sistemlərində, hərbi sənayedə, sensorlarda, təhlükəsizlikdə, tibdə və s. ). 

«Bir sözlə, dövlətin özünəgüvənc texnologiyasıdır. ÇİP texnologiyası proses olaraq elmi-texnoloji mərhələlərə bölünür. Bu texnologiyanın köməyi ilə İn, Ga, N qaz atomlarının seçilmiş altlıq üzərində 3-7 mm qalınlığında çökdürülməsi ilə çox qatkvant çuxurlu aktiv təbəqədən ibarət nanostruktur alınır. Bu nanostrukturdan xüsusi olaraq çiplər hazırlanır. Seçilmlş altlığın diametirindən asılı olaraq çiplərin sayı dəyişir. Ona görə də MOCVD texnoloji maşını R&D (elm və inkişaf-istehsal) kütləvi istehsala uyğunlaşdırılıb. MOCVD texnologiyası inkişafda olan bir sahədir və universaldır. Çipin ölçüsündən asılı olaraq 4 olçülü təbəqədən 4000 və ya 12000 çip istehsal etmək olur. Eyni zamanda çipin ölçüsü LED-əsaslı işıqlanmada tətbiqinə görə seçilir və bu sahədə yaranacaq bazarın tələbatına uyğun olaraq dəyişir. MOCVD texnologiyası bahalı texnologiya olmaqla yanaşı, onu işlədib inkişaf etdirə bilən kadr potensialı tələb edir və bu potensial hazırda mərkəzimizdə yetişir. Bu texnologiyanın yerləşmə məkanı xüsusi təmiz otaq tələb edir» - deyə R.Cabbarov nitqinə əlavə edib. 

SEYMUR



Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024