Tarix:21/12/12
Bu barədə "DARPA"-nın dekabrın 19-da dərc edilmiş press-relizində qeyd edilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "LS3" robotu ABŞ Dəniz Piyada Qoşunları Korpusunun tədqiqat laboratoriyası ilə əməkdaşlıq çərçivəsində 2 həftə müddətində Virciniya ştatında yerləşən meşəlik ərazidə sınaqdan keçirilib. Sınaqlar zamanı robot meşəlik ərazidə operatoru təqib edərək onun "LS3, işə başla" və "LS3, mənimlə" kimi əmrlərini yerinə yetirmiş, dağa qalxmış, çayı keçmiş və müxtəlif maneələri dəf etmişdir.
Məlumat üçün bildirək ki, "LS3" robotunu "Boston Dynamics" şirkəti hazırlayıb. Hərbçilər onu yükdaşıyan qatır kimi istifadə edə və 180 kiloqram ağırlığında yükü 32 kilometr məsafəyə qədər daşıya bilər.
Bundan başqa, "LS3" robotu vasitəsilə yığcam qurğuları enerji ilə doldurmaq mümkündür. "LS3" robotu video və audio datçik dəsti sayəsində sahibini izləyə, maneələri dəf edə bilər.
Emil Hüseynov
Yükdaşıyan robot səsə reaksiya vermək bacarığına yiyələnib (VİDEO)
ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) hazırlaması olan dördayaqlı "LS3" (Legged Squad Support System) yükdaşıyan robot səs əmrlərinə reaksiya vermək, yerə yıxıldıqdan sonra dərhal qalxmaq, mürəkkəb şəraitə malik ərazilərdə hərəkət etmək və insanı izləmək kimi bacarıqlara yiyələnib.Bu barədə "DARPA"-nın dekabrın 19-da dərc edilmiş press-relizində qeyd edilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "LS3" robotu ABŞ Dəniz Piyada Qoşunları Korpusunun tədqiqat laboratoriyası ilə əməkdaşlıq çərçivəsində 2 həftə müddətində Virciniya ştatında yerləşən meşəlik ərazidə sınaqdan keçirilib. Sınaqlar zamanı robot meşəlik ərazidə operatoru təqib edərək onun "LS3, işə başla" və "LS3, mənimlə" kimi əmrlərini yerinə yetirmiş, dağa qalxmış, çayı keçmiş və müxtəlif maneələri dəf etmişdir.
Məlumat üçün bildirək ki, "LS3" robotunu "Boston Dynamics" şirkəti hazırlayıb. Hərbçilər onu yükdaşıyan qatır kimi istifadə edə və 180 kiloqram ağırlığında yükü 32 kilometr məsafəyə qədər daşıya bilər.
Bundan başqa, "LS3" robotu vasitəsilə yığcam qurğuları enerji ilə doldurmaq mümkündür. "LS3" robotu video və audio datçik dəsti sayəsində sahibini izləyə, maneələri dəf edə bilər.
Emil Hüseynov
Baxış sayı: 775
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib