12px13px15px17px
Tarix:22/12/12

Stressə qalib gəlmək istəyirsiniz?

Massaçusets Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən "Neumitra" və "Affectiva" startaplarının hazırladığı ələ taxılan datçiklər stressin müalicəsində yardımçı olacaq. Cihaz öz sahibinə fizioloji dəyişikliklər (məsələn, bədən temperaturunun yüksəlməsi) barədə məlumat verir.

Alqoritmlər toplanılmış məlumatları strukturlaşdıraraq narahat vəziyyəti doğuran səbəbi aşkar etməyə imkan verəcək. Kiçik ekrana malik datçiklər qayış vasitəsilə biləyə bərkidilir.

Tədqiqatçıların qarşısında çətin tapşırıq qoyulub: onlar fiziologiyaya təsir edən stress hadisələrini müəyyənləşdirməlidir. Datçikin qiyməti 2 min dollardır, lakin 1-2 ildən sonra istehlakçılar üçün daha ucuz model istehsal edilə bilər.

EMİL



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024