12px13px15px17px
Tarix:26/12/12

Çində dünyanın ən uzun yüksəksürətli dəmir yolu istifadəyə verilib

Çində yüksəksürətli qatarlar üçün dünyanın ən uzun dəmir yolu istifadəyə verilib. Pekin və Quançjou şəhərlərini birləşdirən "G502" adlı dəmir yolunun uzunluğu 2298 kilometr təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu dəmir yolunda qatarlar saatda 300 kilometr sürətlə hərəkət edəcək və iki şəhər arasındakı məsafəni 8 saat ərzində qət edəcəklər.

Müqayisə üçün qeyd edək ki, sərnişin qatarının bu məsafəni qət etməsinə 1 sutkadan çox vaxt lazımdır. Hakimiyyət nümayəndələrinin verdiyi məlumata əsasən, Pekin-Quançjou marşrutunun seçilməsi təsadüf deyil: Çin Xalq Respublikasında (ÇXR) məhz bu iki şəhər sənaye cəhətdən daha çox inkişaf edib və aralarında gediş-gəliş çoxdur.

Məlumat üçün bildirək ki, Çin yüksəksürətli dəmir yollarının uzunluğuna görə dünyada birinci yerdə qərarlaşıb. Yeni magistralın istifadəyə verilməsi ilə onların ümumi uzunluğu 9,3 min kilometrə çatdı. Hakimiyyətin planına əsasən, 2015-ci ilə onların ümumi uzunluğu təxminən 2 dəfə artacaq və 18 min kilometrə çatacaq.

Emil Hüseynov



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024