12px13px15px17px
Tarix:07/01/13

“Bluetooth” kepka musiqiyə qulaqlıqsız qulaq asmağa imkan verəcək (VİDEO)

Müxtəlif dizayn, forma, ölçü və rəngdə kepkalar mövcuddur. Hazırda onlar baş geyimi funksiyasını yerinə yetirməklə yanaşı, həm də kiçik kamera, mikrofon və digər cihazlarla təchiz edilə bilər. Bu yaxınlarda təqdim edilmiş xüsusi kepka həm də “Bluetooth” aksesuar funksiyasını yerinə yetirir. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, “Delaware” şirkətinin hazırladığı “Cynaps” kepkası musiqiyə qulaqlıqsız qulaq asmaq imkanı yaradacaq.

Kepka görünüşünə görə adi beysbolkanı xatırladır, lakin belə baş geyimi vasitəsilə “ağıllı” qurğu və ya fərdi kompüterdəki musiqiyə qulaq asmaq və zəngləri qəbul etmək olar. Bu nəfis, zərif aksesuar səsin iki kiçik titrəyən modul vasitəsilə daxili qulağa sümük keçiricilik prinsipi ilə ötürülməsi üzrə işləyir. Bu modullar beysbolkanın astarında yerləşdirilib.

Kepkanın günlüyündəki idarə paneli zənglərə cavab verməyə, gurluğu nizamlamağa və pleylistləri dəyişdirməyə imkan verəcək. Kepka “CES 2013” sərgisində təqdim ediləcək.

Emil Hüseynov



Baxış sayı: 1268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024