Tarix:09/01/13
T.Əliyev deyib ki, həkimlər fonendoskopla ürək döyüntüsünə qulaq asdığı kimi, mobil telefon vasitəsilə də ürəyin döyüntüsünə, nəfəs yollarının küyünə qulaq asmaq və onların monitorinqini aparmaq mümkündür. Bu layihə gerçəkləşərsə, hər bir insan öz mobil telefonu ilə nəfəs yollarının küyünə qulaq asa bilər.
Nəticədə isə insan nəfəs yolları ilə bağlı hər hansı narahatçılığın olub-olmaması barədə ilkin məlumat ala bilər. "İnsanlar qripə yoluxduğunu gec bilirlər. Ancaq mobil telefon insanın bu infeksiyaya yoluxmasından bir saat sonra bunu bildirəcək.
Bu halda insan vaxtında - qrip ağırlaşmamış özünü müalicə edə bilər. Yaxud telefon insanın səsinin dəyişməyə başladığını və qripin gözlənildiyini xəbər verəcək. Halbuki insan özü iki gündən sonra səsinin dəyişdiyini hiss etməyə başlayır. Ancaq telefon səsdəki küyü analiz edərək insana qripin əlamətlərinin tədricən özünü göstərdiyini deyə bilər. Bu texnologiyanın imkanları çox böyük olacaq", - Əliyev deyib.
Onun sözlərinə görə, bu texnologiyaların tətbiqi insanlarda mobil telefondan istifadə arzusunu daha da artıracaq. Ancaq sözügedən texnologiya yalnız mobil telefonlarda tətbiq edilməyə də bilər. Bunu kompüterdə də həyata keçirmək mümkündür.
"İstənilən kompüterə xüsusi proqramı yazmaq və kompüterə bir mikrofon qoşmaq olar. Mikrofon da insanın, onun nəfəs yollarının səsinə qulaq asar. Ancaq mobil telefon geniş istifadə edildiyi üçün biz bunu daha çox onun üzərində tətbiq etmək istəyirik", - institut direktoru deyib. Onun sözlərinə görə, bu layihəni qrant hesabına sınaqdan keçirmək niyyətindədirlər. Bu məqsədlə həmin sahə ilə maraqlanan şəxslərdən ibarət işçi qrupunun yaradılması planlaşdırılır. Yeniliyin əvvəlcə kompüter, sonra isə mobil telefon vasitəsilə sınaqdan keçirilməsi nəzərdə tutulur. Küy texnologiyası nəzəriyyəsinin özünə məxsus olduğunu xatırladan alim deyib ki, bu yeniliyin ənənəvi texnologiya ilə tətbiqi səmərəli nəticə verməz. "Dünyada mobil telefon geniş yayılıb. Əgər bu texnologiya telefonlarda tətbiq edilsə, bunu bütün dünya Azərbaycan alimlərinin adı ilə bağlayacaq. Şahidi olacaqsınız ki, yaxın illər ərzində müəyyən mobil telefon istehsalçıları bizim texnologiyalarımızdan istifadə edəcəklər", - Əliyev qeyd edib.
Onun sözlərinə görə, Kibernetika İnstitutu artıq Almaniyanın "Lambert" akademik nəşriyyatında mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının, həm də nəfəs yollarının monitorinqini aparmaq texnologiyaları barədə "Mobil telefon vasitəsilə ürək küyünə nəzarət" adlı kitab çap etdirib. "Biz bəzi texnologiyaları vaxtında çap etməsək, onda Azərbaycandan kənarda rəqiblər bundan istifadə edə bilərlər. Ona görə də bu kitabı monoqrafiya kimi Almaniyada çap etdirməyə məcbur olduq. Bu məsələdə bizi ilk növbədə müəlliflik məsələsi düşündürür", - Əliyev deyib.
RƏVAN
Mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkün olacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu yeni bir layihə üçün eksperimentlər aparmağa hazırlaşır. İnstitutun direktoru Telman Əliyev bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Bunun üçün telefonun mikrofonundan istifadə edilə bilər.T.Əliyev deyib ki, həkimlər fonendoskopla ürək döyüntüsünə qulaq asdığı kimi, mobil telefon vasitəsilə də ürəyin döyüntüsünə, nəfəs yollarının küyünə qulaq asmaq və onların monitorinqini aparmaq mümkündür. Bu layihə gerçəkləşərsə, hər bir insan öz mobil telefonu ilə nəfəs yollarının küyünə qulaq asa bilər.
Nəticədə isə insan nəfəs yolları ilə bağlı hər hansı narahatçılığın olub-olmaması barədə ilkin məlumat ala bilər. "İnsanlar qripə yoluxduğunu gec bilirlər. Ancaq mobil telefon insanın bu infeksiyaya yoluxmasından bir saat sonra bunu bildirəcək.
Bu halda insan vaxtında - qrip ağırlaşmamış özünü müalicə edə bilər. Yaxud telefon insanın səsinin dəyişməyə başladığını və qripin gözlənildiyini xəbər verəcək. Halbuki insan özü iki gündən sonra səsinin dəyişdiyini hiss etməyə başlayır. Ancaq telefon səsdəki küyü analiz edərək insana qripin əlamətlərinin tədricən özünü göstərdiyini deyə bilər. Bu texnologiyanın imkanları çox böyük olacaq", - Əliyev deyib.
Onun sözlərinə görə, bu texnologiyaların tətbiqi insanlarda mobil telefondan istifadə arzusunu daha da artıracaq. Ancaq sözügedən texnologiya yalnız mobil telefonlarda tətbiq edilməyə də bilər. Bunu kompüterdə də həyata keçirmək mümkündür.
"İstənilən kompüterə xüsusi proqramı yazmaq və kompüterə bir mikrofon qoşmaq olar. Mikrofon da insanın, onun nəfəs yollarının səsinə qulaq asar. Ancaq mobil telefon geniş istifadə edildiyi üçün biz bunu daha çox onun üzərində tətbiq etmək istəyirik", - institut direktoru deyib. Onun sözlərinə görə, bu layihəni qrant hesabına sınaqdan keçirmək niyyətindədirlər. Bu məqsədlə həmin sahə ilə maraqlanan şəxslərdən ibarət işçi qrupunun yaradılması planlaşdırılır. Yeniliyin əvvəlcə kompüter, sonra isə mobil telefon vasitəsilə sınaqdan keçirilməsi nəzərdə tutulur. Küy texnologiyası nəzəriyyəsinin özünə məxsus olduğunu xatırladan alim deyib ki, bu yeniliyin ənənəvi texnologiya ilə tətbiqi səmərəli nəticə verməz. "Dünyada mobil telefon geniş yayılıb. Əgər bu texnologiya telefonlarda tətbiq edilsə, bunu bütün dünya Azərbaycan alimlərinin adı ilə bağlayacaq. Şahidi olacaqsınız ki, yaxın illər ərzində müəyyən mobil telefon istehsalçıları bizim texnologiyalarımızdan istifadə edəcəklər", - Əliyev qeyd edib.
Onun sözlərinə görə, Kibernetika İnstitutu artıq Almaniyanın "Lambert" akademik nəşriyyatında mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının, həm də nəfəs yollarının monitorinqini aparmaq texnologiyaları barədə "Mobil telefon vasitəsilə ürək küyünə nəzarət" adlı kitab çap etdirib. "Biz bəzi texnologiyaları vaxtında çap etməsək, onda Azərbaycandan kənarda rəqiblər bundan istifadə edə bilərlər. Ona görə də bu kitabı monoqrafiya kimi Almaniyada çap etdirməyə məcbur olduq. Bu məsələdə bizi ilk növbədə müəlliflik məsələsi düşündürür", - Əliyev deyib.
RƏVAN
Baxış sayı: 2065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib