12px13px15px17px
Tarix:14/01/13

“E-Ink” ekranla təchiz edilmiş ən nazik saat təqdim edilib

"E-Ink" ekranla təchiz edilmiş saatlar trendə çevrilir. Daha bir layihə "Kickstarter"də istifadəçilərin ixtiyarına verilib. "Ağıllı" "Pebble" saatlarından fərqli olaraq, "CST-01" saatında əsas diqqət funksionallığa deyil, dizayna ayrılıb.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, istehsalçılar "CST-01" cihazını dünyanın ən nazik saatı adlandırırlar və bu, həqiqətə oxşayır. Saatın qalınlığı 0,8 millimetr, çəkisi isə 12 qram təşkil edir. Saat elastik poladdan hazırlanmış lövhədən ibarətdir və onun üzərinə "E-Ink" ekranı və mikrobatareya yapışdırılıb.

Batareya 10 dəqiqə ərzində enerji toplayır və saat bir ay ərzində işləyir. "CST-01" layihəsi artıq 250 dollardan çox vəsait toplayıb. "CST-01" saatlarını pərakəndə satışda 170 dollara satın almaq mümkün olacaq.

Emil Hüseynov



Baxış sayı: 2795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024