12px13px15px17px
Tarix:16/01/13

“Google” şirkəti gələcəyin eynəyi üçün tərtibatçıların eko-sistemini formalaşdırır

2013-cü il yanvarın sonu və fevralın əvvəlində “Google Glass” artırılmış reallıq eynəyi üçün tətbiqlərin hazırlanmasına həsr edilmiş birinci xüsusi tədbir keçiriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, tədbir 28-29 yanvarda San-Fransiskoda və 1-2 fevralda Nyu-Yorkda keçiriləcək. Orda iştirak etmək üçün yanvarın 18-nə qədər ərizə vermək və təsdiq etmə almaq lazımdır, çünki yerlərin sayı məhdud olacaq.

Seminarlar “Explorer” proqramında iştirak edənlər (eynəyin əvvəlki modifikasiyasına sifariş verənlər) üçün nəzərdə tutulub. 2012-ci ilin iyununda “Google”-un idarəetmə heyətinin direktoru Sergey Brin bildirmişdi ki, qurğu seçilmiş entuziastlər qrupuna 1500 dollara əlçatan olacaq.

Tədbirin birinci günü iştirakçılar layihə ilə tanış olacaq. Hər kəs seminarların keçirildiyi müddətdə eynəklə tanış ola biləcək. “Google” nümayəndələri, həmçinin birinci gün ora toplaşanları “Mirror” proqramlaşdırma interfeysi ilə tanış edəcək; o, məlumatların mübadilə edilməsinə və istifadəçi ilə qarşılıqlı əlaqə yaratmağa imkan verəcək.

“Google” tədbirin ikinci günündə eynəyin bəzi imkanlarını nümayiş etdirməyi planlaşdırır. “Glass Foundry” internet nəhəngin tətbiq tərtibatçıları üçün təşkil etdiyi birinci belə görüşdür.

Hazırda “Google” artırılmış reallıq eynəyi rəqəmli xəritənin və istifadəçinin yerləşdiyi mövqeyin göstərilməsi kimi sadə məsələləri yerinə yetirə bilir. Şirkət qurğunu gələcəkdə rəqəmli peykə çevirmək niyyətindədir və o, istifadəçini onun bütün hərəkətlərində müşayiət edəcək.

Emil Hüseynov



Baxış sayı: 873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024